dini radikalizm və ekstremizmlə mübarizə

Bizlərə qələbə zəfərini yaşadan ər oğullar

Baxış Sayı:149


VƏTƏNİN OĞUL DEDİYİ İGİDLƏR SİLSİLƏSİNDƏN- İBAYEV VÜSAL MİRZƏXAN OĞLU
Əsilində vətən müharibəsində qəhrəmancasına vuruşan həmyerlilərimizin ayrı ayrılıqda hər biri haqqında qələm işlətməyi qarşımıza məqsəd qoymuşuq. Bu dəfə, Biləsuvarın İsmətli kəndindindən olan İbayev Vüsal Mirzəxan oğlunun 44 günlük müharibədə göstərdiyi şücaətindən söhbət açacağıq. Vüsalın cəbhədəki bu qorxmazlığını, təsadüfən tanış oldugumuz onun silahdaşları bizə belə nəql edir : “... Füzuli rayonunun Alxanlı kəndindən döyüşə başlayan Vüsalın hünər meydanındakı rəşadətlərdən çox danışa bilərik. Sentyabrın 29-dur, Füzuli istiqamətində ordumuz inamla irəliləyərkən Qaraxanbəyli kəndində Vüsalın tankı düşmən tərəfindən vurulur, peşəkar tankçının ani işlətdiyi taktikalar özü ilə bərabər döyüş yoldaşlarını da ölümdən xilas edir. Onun iştirak etdiyi növbəti hücumların birində isə, Cəbrayılın Hafisli kəndi yaxınlığında düşmənin silah dolu 2 yük maşını məhv edilir, top mərmisi ilə dolu bir maşını da qənimət kimi ələ keçirilir.”
Haqq savaşında şanlı ordumuzun bütün cəbhə boyu nailiyyətləri qəhrəman əsgərlərimizin qələbə əzmini daha da artırır. Bu dəfə, Vüsalın da komandirlik etdiyi tank Qubadlıda düşmən hədəflərini məhv etmək tapşırığını almışdır. Ölümün üzərinə yeriyən yenilməz tankçılarımız bu tapşırığın icrasını tamamladığı dəqiqələrdə Vüsal ağır yaralanmışdır.
Qeyd edək ki, 1989-cu ildə İsmətli kəndində anadan olan gəncliyini vətəninə, şərəfli hərbiçi peşəsinə həsr edən qəhrəmanımız öz kəndində orta məktəbi və 2007-ci ildə qəbul olduğu Sumqayıt Dövlət Texnologiya Kollecində təhsilini başa vurub.
2012-ci ilin noyabrında ordu sıralarına yollanıb, gizirlik kursunu müvəffəqiyyətlə başa vurduqdan sonra bir çox hərbi hissələrin tank batareyalarında formalaşan zəngin təcrübəsi, bilik və bacarığı onu peşəkar həbiçi-tankçı kimi tanıtmışdır.
Hal - hazırda Bakı şəhərində, səhiyyə ocağında müalicə alan qəhrəmanımızın ayağa qalxması üçün peşəkar həkimlərimiz ardıcıl müalicələr aparır.
Allahdan cəsur döyüşcümüz Vüsal İbayevə tezliklə sağlamlığına qovuşmasını arzu edirik.!

Surxay ŞAHBAZOV
"Region-press" qəzetinin baş redaktoru

Oxşar xəbərlər
SON XƏBƏRLƏR