dini radikalizm və ekstremizmlə mübarizə

Pakistan, Türkiyə, Azərbaycanım


Vətən həsrətimə siz son qoydunuz,
Birləşib əbədi həmrəy oldunuz.
Düşmən qarşısında mətin durdunuz,
Sizlərə fədadır mənim öz canım,
Pakistan, Türkiyə, Azərbaycanım.

Su qovuşanımın suyu duruldu,
Hadrutda sevindik zəfər çalındı.
Cəbrayıl, Füzuli azad olundu,
Sizlərə fədadır mənim öz canım.
Pakistan,Türkiyə, Azərbaycanım.

Murov dağlarında xəta sovuşdu,
Zəngilan, Qubadlım bizə qovuşdu.
Laçında Qartallar qalxıb uçuşdu,
Sizlərə fədadır mənim öz canım.
Pakistan,Türkiyə, Azərbaycanım.

Xudafərin çaya nəğmələr qoşam,
Müjdələr alındı müqəddəs Şuşam.
Kəlbəcər eşqiylə gərək mən coşam,
Sizlərə fədadır mənim öz canım.
Pakistan, Türkiyə, Azərbaycanım.

Nəhayət sülh oldu biz qalib olduq,
Bütün torpaqları düşməndən aldıq.
Naxçıvan yurduma körpülər saldıq,
Sizlərə fədadır mənim öz canım.
Pakistan, Türkiyə, Azərbaycanım.

İxtiyar Əhmədov

Oxunub: 446
Oxşar xəbərlər
SON XƏBƏRLƏR