dini radikalizm və ekstremizmlə mübarizə

Dünən Xocavənddə PUA-lar bizə böyük təlafat yaşatdı - Arayik Harutyunyan

Dünən Xocavənddə PUA-lar bizə böyük təlafat yaşatdı - Arayik Harutyunyan

İşğal altında olan Qarabağdakı seperatçı rejimin başçısı Arayik Harutyunyan bildirib ki, Martuni bölgəsində (Xocavənd rayonu) dünən son bir neçə saat ərzində pilotsuz uçan aparatlar (PUA) bizə böyük insan itkiləri yaşatdı.
Yeniavaz.com xəbər verir ki, Arayik Harutyunyan bunu “Facebook” sosial şəbəkəsi vasitəsilə etdiyi canlı çıxışında bildirib.
Arayik Harutyunyan deyib ki, baş verənlərə görə hamımız cavab verəcəyik: “Çünki müdafiə ordusunda problemlərin olduğunu bilirdik. Son onilliklərdə vəzifə tutanlar üçün hamımız cavabdehik. Ordunun mənəvi və psixoloji vəziyyəti çox yaxşı deyildi, hətta bəzi yerdə son dərəcə pis idi. 43 gün ərzində tükənmiş vəziyyətdə idi, dəyişmək, dincəlmək fürsətimiz yox idi. Şuşanın əlimizdə olub-olmaması ilə bağlı mübahisələr aparırdılar, amma 5 noyabrdan sonra Şuşaya nəzarəti tamamilə itirmişdik. Vətəni tamamilə itirdiyimizə inanmaq istəmədik, mövcud insan və hərbi ehtiyatlarla mübarizə aparmağın mümkünsüz olduğuna inanmaq istəmədik”.

Oxunub: 355
Oxşar xəbərlər
SON XƏBƏRLƏR