» » İslam İnkişaf Bankı “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıqda maraqlıdır

İslam İnkişaf Bankı “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıqda maraqlıdır

  • 17-01-2017, 16:41
  • Gundem
  • 188
İslam İnkişaf Bankı “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıqda maraqlıdır  “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İslam İnkişaf Bankının MDB ölkələri üzrə regional direktoru Hişan Marufun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın verdiyi məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov görüşdə ortamüddətli perspektivdə Azərbaycanın regional logistik mərkəzinə çevrilməsinin əsas strateji hədəflərdən biri olduğunu bildirib.

C. Qurbanov təkcə regional deyil, artıq qlobal əhəmiyyətə malik "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yenidənqurulması istiqamətində atılan addımlar barədə məlumat verib. Layihə çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq imkanları ətraflı müzakirə edilib.

İslam İnkişaf Bankının MDB ölkələri üzrə regional direktoru təmsil etdiyi təşkilatın Azərbaycanla qarşılıqlı əməkdaşlığın inkişaf etdiriməsinin əsas prioritet istiqamətlərdən biri olduğunu və bu əməkdaşlıq kontekstində “Azərbaycan Dəmir Yolları” QSC-nin həyata keçirdiyi regional layihələrdə iştirak etməkdə maraqlı olduqlarını bildirib.
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031