dini radikalizm və ekstremizmlə mübarizə

8 Noyabr iki əlamətdar gün bir arada


8 noyabr bu tarix önəmli, unudulmaz və qürurverici günlərdən biri olaraq Azərbaycan tarixində yer aldı.
Azərbaycan Respublikasının prezidenti, Ali Baş komandanın Şuşanın işğaldan azad olunmasını elan etdikdə tariximizə daha bir qürur verici gün yaşatdı.
Eynizamanda 8 noyabr tarixi Heydər Əliyev sevərləri üçün yadda qalan günlərdən biridir.
8 noyabr tarixi illər öncə iki gəncin sevgisi ilə möhkəm ailə təməli qurulmuşdur. Və bu sevgidən iki gözəl övlad dünyaya gəldi.
Hər ikisi numunəvi ailə başçısı oldu.
Bu gün sədaqətli dostlar, sədatəli Əliyevçilər bir araya toplaşaraq Ümummilli lideri xatırlayaraq keçmişə səyahət etdilər. Demək ki, illər belə sədaqətli dostluğa kölgə sala bilmir.
Bu gün Ümummilli lider Heydər Əliyev və Zərifə Əliyevanın ailə qurduğu gündür.
Mənimlə əlaqə yaradan sədaqətli Əliyevçilərdən biri bu gün haqqında xatirələrini bölüşdü.
Məhz Şuşa qələbəsi Azərbaycan Ordusunun əzmini, Ali Baş Komandanın müdrüklüyünü, Azərbaycan xalqının yenilməzliyi göstərdi.
İki əlamətdar günün bir arada olması belə Allahın istəyidir. Ataların bir misalı var " Ot kökü üstə bitər" Ümummilli lider Heydər Əliyev davamçısı olan İlham Əliyev zəfər sevincini Azərbaycan xalqına yaşatdı.
Allah Ali Baş Komandanımıza can sağlığı versin və Şanlı Ordumuzu qorusun.

Almaz İlahə

Oxunub: 440
Oxşar xəbərlər
SON XƏBƏRLƏR