dini radikalizm və ekstremizmlə mübarizə

Biləsuvarda “Oxu məni, öyrədim səni” mütaliə müsabiqəsi layihəsinin açılış mərasimi keçirilib


Biləsuvar rayonuda “Oxu məni, öyrədim səni” mütaliə müsabiqəsi layihəsinin açılış mərasimi keçirilib.
Açılış mərasimi pandemiya ilə bağlı mövcud şərait nəzərə alınaraq onlayn şəkildə həyata keçirilib. Layihənin açılış mərasimində layihə rəhbəri Firuzə Xammədova, Millət vəkili Bəhruz Məhərrəmov, Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, məktəb direktorları və dil-ədəbiyyat müəllimləri iştirak edib. Layihə rəhbəri F. Xammədova ilk olaraq Təhsil Nazirliyinin məktəb və müəllimlərin ideyalarını həyata keçirmək üçün bu yaratdığı qrant müsabiqəsi haqqında ətraflı məlumatlar verdi. Həmçinin bildirdi ki, layihənin məqsədi məktəblilər arasında bədii və elmi əsərlərə maraq oyatmaq, onlarda söz ehtiyatını artırmaq, müstəqil fikir yürütmə bacarığını inkişaf etdirmək, bədii əsərlərdə rast gəlinən müsbət və mənfi obrazları (hadisələri) müqayisə etmək, bədii və elmi əsərləri qiymətləndirmək, elmi əsərlərdə göstərilmiş fakt və hadisələrdən düzgün istiqamətdə yararlanmaq, asudə vaxtlarını səmərəli keçirməkdən ibarətdir.
O vurğulayıb ki, ilk öncə layihənin təbliğat işlərini aparmaq üçün könüllülərdən ibarət işçi qrupu yaradılıb. Bu işçi qrup bir ay müddətində məktəblilər üçün Zoom onlayn platmormasında təqdimatlar keçirməklə layihə barədə məlumat verəcəklər. Həmçinin ikinci mərhələdə məktəblər üzrə seçilmiş 10 ədəbiyyat müəlliminin onlayn təlimlərinə start veriləcək. 3 gün davam edəcək təlimlərdən sonra təlimdə iştirak edən müəllimlər təmsil etdikləri məktəblərdən müsabiqə üçün şagirdlər seçəcəklər. Müsabiqə beş mərhələdə həyata keçiriləcəkdir. Müsabiqənin final və mükafatlandırma mərhələsi bitdikdən sonra layihənin hesabat dövrü başlayacaq.
O qeyd edib ki, layihənin nəticələri olaraq iştirakçılarda ilk olaraq bədii və elmi əsərlərə maraq oyanacaqdır. Bununla yanaşı özünüdərk, müstəqil fikir, söz ehtiyatının artırmaq və elmi əsərlərdə göstərilmiş fakt və hadisələrdən düzgün istiqamətdə yararlanmaq kimi keyfiyyətlərin yüksəldilməsinə, asudə vaxtlarını düzgün dəyərləndirməyə şərait yaradacaqdır. Bu kimi layihələr Biləsuvarda icra edilməyib. Bu hal da layihənin böyük maraq yaradacağına və bu tipli layihələrin mütəmadi şəkildə davam etdirilməsinə dəstək verəcəkdir.
Daha sonra çıxış edən Millət vəkili Bəhruz Məhərrəmov, Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov və məktəb direktorları layihə iştirakçılarına uğurlar arzulayıb.
Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində qalib olub və sentyabrın 15-dən dekabrın 15-dək davam edəcək.

Tural Nəsirli


Oxunub: 522
Oxşar xəbərlər
SON XƏBƏRLƏR