dini radikalizm və ekstremizmlə mübarizə

Yeni sayt yaradıldı - Düşmənin saxta informasiya hücumunun qarşısını alacaq

Yeni sayt yaradıldı - Düşmənin saxta informasiya hücumunun qarşısını alacaq

Son vaxtlar əhali arasında inamsızlıq və çaşqınlıq yaratmaq məqsədilə düşmən, internet resurslarında və sosial şəbəkələrdə azərbaycanlı adlardan, hətta "şəhid anası”, "şəhid həyat yoldaşı” kimi çox həssas ifadələrdən istifadə edib saxta səhifələr yaradaraq təxribat xarakterli məlumatlar paylaşır.

Sfera.az xəbər verir ki, azərbaycanlı kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən bu cür halların qarşısının alınması üçün vətəndaş məsuliyyətinin və milli birliyin vacibliyini önə çəkərək kütləvi şikayətin təmin olunması məqsədilə www.fake.az internet saytı yaradılıb.


İstifadəçilər sayta qeydiyyatsız daxil olaraq şikayət olunan hesabların linkini bazaya əlavə edə, həmin linklər vasitəsilə aidiyyəti üzrə facebook, telegram, apple, google və s. şikayət edə, bazaya daxil edilmiş şikayətlərin səbəbləri ilə tanış ola bilərlər. Sayta daxil edilən şikayətlər aidiyyəti mütəxəssislər tərəfindən rəy verildikdən sonra dərc olunacaq.


Fake.az layihəsində "Etibarlı istifadəçi” statusu da yaradılıb. Bu statusu əldə edən istifadəçinin şikayətləri rəydən keçmədən dərhal saytda dərc olunacaq.


Qeyd edək ki, Telegram mobil tətbiqində @FakeazBot-dan istifadə edərək şikayət olunan hesabların linkini bazaya daxil etmək mümkündür.

Oxunub: 317
Oxşar xəbərlər
SON XƏBƏRLƏR