dini radikalizm və ekstremizmlə mübarizə

Ümid edirəm ki, kimsə “indi bunun yeri deyil” yazmayacaq. Əslində yeridir, özü də necə lazımdır.


Vətənin o başı, bu başı olmaz. Bu torpağın hər daşı, kəsəyi vətəndir. Vətəndaşın işlərindən birin adı da vətəni qorumaqdır. İndi diqqəti kimin necə vətəndaş olub torpağı necə qorumasından yox, hətta işğaldan azad etməsinə yönəldirəm
Aşağıda üç şəkil var. Biri sizin tanımadığınız Lerikdən olan bir evin üç oğlu, biri Ağdamdan olan şəhid ata və iki oğlu, digəri də hamının tanıdığı oxuyançı Manaf və iki oğlu. Biz heç vaxt işğal olan torpağlarda ancaq oradan olanlar vuruşsun demirik, demərik də. Lakin həmişə dediyim kimi bu işdə həm də bir mənəvi dərinlik var. Hansı ki, kaş bu Manafda da olaydı. Bu üç qardaş Manaf və iki oğlunun Qarabağa aidiyyatında iki fərq var. Bu uşağların babalarının məzarı işğalda deyil və Lerikdəki evini düşmən erməni dağıtmayıb. Amma Manafınkını dağıdıb. Bir evdə üç oğul ola, onların hər üçü də işğalda torpağların azad edilməsi üçün canını ortaya qoyduğu gündə bu Manafın boynu yoğun gədələrindən birinin ortada (döyüş meydanında) olmamasına nə ad verək? Niyə Manafa qızının boşanmasına görə sual verən jurnalistlər ondan bunun səbəbini soruşmur? Bu dövlət, bu xalq o torpağları azad etməyə qalxanda Manaf kimilərinə yox, birinci şəkildəki qeyrətli oğlanlara güvənərək edib. Bu gün oxuduğuma görə Manafın işğalda olan kəndi də azadlıqdadır. Biz onsuz da bu manafkimilərdən torpağ azad etmək gözlərimik. Çünki toprağ azad eləmək əlinə mikrofon alıb onun-bunun qabağında 20 manata oxumağ, Qarabağdan olan pullu adam görəndə “uy-uy-uy, Qarabağım ühü-ühü-ühü” xaric səsi ortaya atıb 50-lik güdmək deyil. Oxumağa qeyrət lazım deyil. Ha çox qeyrətsiz manıs. Amma əlinə avtomat alıb döyüşməyə kişidə ürək lazımdı,ürək. Kaş bu üç qardaşda olan qeyrət Manafın iki oğlunda olaydı. Barı öz kəndinin azad edilməsində döyüşəydilər. Manaf heç olmasa iki oğluynan döyüşüb özü şəhid olan Ağdamdlı kişidən ibrət götürəydi. Kaş !!!!
Bu manısın iki oğlu nə üznən Füzuli camaatının içinə çıxacaqlar?. O gün Füzilədən bir kişinin evinin tək oğlu şəhid oldu. Manaf o kişinin üzünə necə baxacaq?
Nəəm vallah. Axtarsaq allah bilir indi bunun iki
gədəsinin haradasa böyük yerdə işlədiyini də bilmiş olarıq.

Adamda kişilik yaxşı şeydi,kaş hamıda ola!!

Fuad Cəlilov

Oxunub: 456
Oxşar xəbərlər
SON XƏBƏRLƏR