dini radikalizm və ekstremizmlə mübarizə

Ermənistanda "Xocalı" ilə bağlı sorğu keçirən məşhur bloger Azərbaycana gəlir – FOTO

Baxış Sayı:103

Ermənistanda "Xocalı" ilə bağlı sorğu keçirən məşhur bloger Azərbaycana gəlir – FOTO

"Bir çoxlarınız Ruhi Çenetin Azərbaycana gəlməsi üçün müraciət edirdiniz. Ruhi bəy bu gün gəlir".
Yeniavaz.com xəbər verir ki, bu sözləri tanınmış hüquq müdafiəçisi Aslan İsmayılov özünün “facebook” səhifəsində yazıb.
Hüquqşünas saytımıza verdiyi açıqlamada bildirib ki, video-bloger Azərbaycana dəstək məqsədilə buraya gəlir: “Məndə olan məlumata görə onu rəsmilər dəvət edib, bu gün gəlməlidir”.
Qeyd edək ki, təkcə “youtube” sosial platformasında 4,84 milyon abonəçisi olan Ruhi Çenet Türkiyədə və dünyada geniş auditoriyaya müraciət edir. O, bu ilin fevral ayında Ermənistana da səfər etmiş və buradakı ermənilərə həm Türkiyə, həm Azərbaycan, həm də Xocalı soyqırımı barədə suallar vermişdi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR