dini radikalizm və ekstremizmlə mübarizə

"Təkcə dost olduğumuz üçün yox, həm də haqlıdır deyə Azərbaycanın yanındayıq” - Mustafa Şentop

"Təkcə dost olduğumuz üçün yox, həm də haqlıdır deyə Azərbaycanın yanındayıq” - Mustafa Şentop

"Təkcə dost olduğumuz üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındayıq”.

Sfera.az-ın məlumatına görə, bunu bu gün Bakıda jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

M. Şentop deyib ki, Dağlıq Qarabağ hər zaman Azərbaycanın olub:

"Azərbaycan tarix və beynəlxalq hüquq baxımından haqlıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Şurası və ATƏT-in qərarlarında Ermənistanın işğalçı olduğu əksini tapıb”.

TBMM sədri qeyd edib ki, Ermənistanın Gəncəyə hücumu müharibə cinayətdir:

"Bu gün olmasa, sabah, digər gün müharibə cinayətləri törədənlərin mühakimə olunduğu dünyada yaşayırıq. Bosniya və Herseqovinada müharibə cinayətlərini törədənlər mühakimə olunacaqlarını gözləmirdilər. Ermənistan tək Azərbaycan üçün deyil, bölgə və dünyada sülh üçün bir təhdiddir. Bütün bunlara görə Türkiyə Azərbaycanın yanındadır".

Oxunub: 348
Oxşar xəbərlər
SON XƏBƏRLƏR