dini radikalizm və ekstremizmlə mübarizə

Ermənistan ordusunun Tərtərdə dəfn zamanı qəbiristanlığı atəşə tutması nəticəsində ölənlərin sayı 4-ə çatıb

Ermənistan ordusunun Tərtərdə dəfn zamanı qəbiristanlığı atəşə tutması nəticəsində ölənlərin sayı 4-ə çatıb

Ermənistan Silahlı Qüvvələrinin Tərtərdə dəfn zamanı qəbiristanlığı atəşə tutması nəticəsində ölən və yaralananların adları açıqlanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə nəticəsində Rüstəmov Vasif Bahadur oğlu (1962), Orucov Pərviz Novruz oğlu (1989), Zamanov Şakir Xasay oğlu (1988) həlak olub, Məmmədov Füzuli Əli oğlu (1966), Əmirov Nofəl Yelmar oğlu (1968), Əmirov İskəndər Yelmar oğlu (1967), Allahverdiyev Elsevər Vəli oğlu (1979) və Qəzənfərli Rafael Qəzənfər oğlu (1986) isə yaralanıb.

Qeyd edək ki, hadisə zamanı yaralanan 1967-ci il təvəllüdlü Əmirov İsgəndər Yelmar oğlu da vəfat edib.

Oxunub: 373
Oxşar xəbərlər
SON XƏBƏRLƏR