dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Ordusu Ermənistana dəhşət yaşadır – Jdanov

Azərbaycan Ordusu Ermənistana dəhşət yaşadır – Jdanov

Dağlıq Qarabağdakı hərbi fəaliyyəti analiz edəndə görürük ki, bir tərəfdə yüksək texnologiya ilə vuruşan müasir Azərbaycan Ordusu, digər tərəfdə isə SSRİ-nin 80-ci illərinin köhnə ordusu var. Burda hətta “hansı ordu güclüdür” sualı belə aktual deyil.

Bu sözləri Axar.az-a açıqlamasında ukraynalı hərbi analitik Oleq Jdanov deyib.

“Hətta Ermənistan silahlı qüvvələrinin 1960-70-ci illərin bir qədər kamuflyaj olunmuş dəbilqəsindən istifadəsi artıq çox şey deyir. Onların döyüş texnikası da köhnə sovet taktikası ilə müqayisə edilə bilər”, – o bildirib.

Ukraynalı analitikin sözlərinə görə, ermənilər son 30 ildəki konfliktlərdən nəticə çıxarmalı idilər – xüsusilə Suriya və Ukraynadakı müharibədən:

“Bu gün artilleriyanın sadə səngərdə mövqe tutması – faktiki olaraq məğlubiyyət deməkdir. Ermənistan ordusu mobil hərbi fəaliyyətin nə olduğunu bilmir”.

Oleq Jdanov bu savaşda Azərbaycan Silahlı Qüvvələrinin olduqca parlaq təsir bağışladığını da qeyd edib:

“Kəşfiyyat, hərbi məqsədlər və zərbə üçün PUA-lardan istifadə çox uğurludur. Bu, gələcəyin taktikasıdır. Azərbaycan bütün dünyaya gələcəyin silahlarını və döyüş texnikasını nümayiş etdirir. Azərbaycan Ordusu sözün birbaşa mənasında Ermənistan ordusuna dəhşətli kabus yaşadır”.

Oxunub: 336
Oxşar xəbərlər
SON XƏBƏRLƏR