dini radikalizm və ekstremizmlə mübarizə

"Ermənistan can verir, hərbi rəhbərliyi fiaskoya uğrayıb" - AÇIQLAMA

"Ermənistan can verir, hərbi rəhbərliyi fiaskoya uğrayıb" - AÇIQLAMA

“Azərbaycan Ordusu durmadan irələyir və daha böyük uğurlara imza atır”.

Bunu KONKRET.az-a açıqlamasında deputat Jalə Əliyeva bildirib.

O, qeyd edib ki, 30 ildən artıqdır ki, düşmən tapdağı altında olan torpaqlarımız azad edilir:

“Əlbəttə, biz bunun üçün ilk öncə Ali Baş Komandan cənab İlham Əliyevə borcluyuq. Cənab Prezidentin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində bütün bu nailiyyətləri biz əldə edə bilirik. Qəhrəman əsgərlərimizə və şanlı ordumuza, xalqımıza da minnətdarıq. Çünki bu günlərdə hər zaman olduğundan daha çox birliklə olduq. Bu, xalqın, ordunun və dövlətin birliyidir. Bu 3 böyük amilin qələbə və döyüşlər üçün səfərbər olması sayəsində Azərbaycan bu uğurlarını əldə edir. Ordumuz uğurlarını davam etdirəcək”.

Deputat vurğulayıb ki, Ermənistan artıq can verir, hərbi rəhbərliyi fiaskoya uğrayıb:

“Onlar bunu dərk edir və məğlubiyyətlərini anlayıb, həzm edə bilmədikləri üçün mülki insanlara qarşı terror aktları həyata keçirirlər. Ordu ilə döyüşmək əvəzinə əliyalın dinc insanlara raketlərlə hücumlar təşkil edirlər. Əlbəttə bu, bağışlanmazdır. Gəncədə baş verənlərə beynəlxalq ictimaiyyət öz qiymətini verəcək. Hərbi məhkəmə mütləq bu caniləri cəzalandıracaq. Çünki müharibənin şərtləri başqadır. Müharibə zonasından uzaq məkanda insanlara silah atılması yolverilməzdir. Bunun adı hərbi terror və cinayətdir. Biz bu uğurlarımız münasibəti ilə başda cənab Prezidentimiz olmaqla hər bir azərbaycanlını təbrik edirəm. Ordumuza təşəkkür edirəm. Yaşasın Azərbaycanımız! Biz əminik ki, bu qələbələrimizin sayı günü-gündən artacaq. Qısa müddət ərzində işğaldan azad etdiyimiz torpaqlarımızın sayını durmadan artıracağıq. Üçrəngli şanlı bayrağımızı hər bir bölgəmizdə dalğalandıracağıq”.

Oxunub: 321
Oxşar xəbərlər
SON XƏBƏRLƏR