dini radikalizm və ekstremizmlə mübarizə

Koronavirusla əlaqədar Sabirabad şəhəri, rayonun dörd kəndi, Şəki şəhəri və Kiş kəndinə giriş-çıxış bağlanıb

Baxış Sayı:51

Koronavirusla əlaqədar Sabirabad şəhəri, rayonun dörd kəndi, Şəki şəhəri və Kiş kəndinə giriş-çıxış bağlanıb

Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış bu gündən dayandırılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış 14 oktyabr saat 00:00-dan dayandırılır.

Qeyd edək ki, Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2 noyabr saat 06:00-dək xüsusi karantin rejimi tətbiq olunub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR