dini radikalizm və ekstremizmlə mübarizə

Prezident İlham Əliyev: "Gəncəyə raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib"


"Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub. Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır".

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Twitter hesabında yazıb.

Dövlət başçısı həmçinin qeyd edib ki, həmin raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib.

Prezident qeyd edib ki, indiyədək ümumilikdə Azərbaycanın 41 mülki şəxsi həlak olub, 200 nəfərdən çoxu isə yaralanıb: “Ermənistan tərəfinin məqsədi işğaldan azad edilmiş əraziləri yenidən işğal etməkdir".

Dövlət başçısı bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır: “Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!”

Oxunub: 377
Oxşar xəbərlər
SON XƏBƏRLƏR