dini radikalizm və ekstremizmlə mübarizə

Prezident İlham Əliyev: "Düşmən ölkənin xilasının yeganə yolu budur ki, torpaqlarımızdan çıxsınlar"

Prezident İlham Əliyev: "Düşmən ölkənin xilasının yeganə yolu budur ki, torpaqlarımızdan çıxsınlar"

"Bu gün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün Azərbaycan əsgərləri bizim işğal edilmiş torpaqlarda ermənilərin qazdıqları səngərlərdə keşik çəkir. Onlar bizim yox, biz onların səngərlərində, biz onların postlarında, biz onların tanklarında. İndi o qənimət kimi götürülmüş hərbi texnikadan biz istifadə edirik. Onların tankları onlara qarşı indi döyüş meydanında vuruşur. Budur Azərbaycan Ordusunun üstünlüyü".

APA-nın xəbərinə görə, Prezident İlham Əliyev bunu xalqa müraciətində bildirib.

Dövlət başçısı deyib: “Bizim üstünlüyümüz bu gün açıq informasiya məkanında göstərilir. İnternetdə göstərilir. Necə dəqiq, sərrast atəşləri ilə düşmənin texnikası məhv edilir. Düşmən panikadadır. Düşmən isterikaya qapılıb. Düşmən ölkənin rəhbərliyi tamamilə özünü itirmiş vəziyyətdədir. Müxtəlif ölkələrə, müxtəlif ölkələrin dövlət-hökumət başçılarına müntəzəm olaraq zəng edir, dəfələrlə, gündə bir neçə dəfə yardım istəyir, imdad diləyir, yalvarır. Onların ayağının altına yıxılır. Özünü alçaldır ki, gəlin, bizi xilas edin. Onların xilasının yeganə yolu budur ki, torpaqlarımızdan çıxsınlar”.

Oxunub: 432
Oxşar xəbərlər
SON XƏBƏRLƏR