dini radikalizm və ekstremizmlə mübarizə

9 general-mayor Hikmət Həsənovun doğum Günüdür. 45 illik yubileyidir


Cənab General, ömrünüzün yeni təqvim ilini Qələbə sevincimizi bölüşmək diləyi ilə doğum gününüz mübarək.
General-mayor Hikmət Hüseyn oğlu Həsənov 9 oktyabr 1975-ci ildə Füzuli rayonunun Pirəhmədli kəndində dünyaya gəlib.
Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin məzunudur.
2016-cı ilin aprel döyüşlərində onun rəhbərliyi ilə ordumuz 2 saat ərzində düşmənin 24 illik Ohanyan müdafiə xəttini yararaq, Talış yüksəkliklərinə qalxmış, düşmənin 21 postunu dağıdaraq 7 strateji yüksəkliyin düşməndən təmizlənməsinə nail olmuşdur.
2015-2017-ci illərdə Ağdam-Tərtər-Goranboy istiqamətində bir neçə erməni hərbçisini və texnikalarını məhv edib.
2004-cü ildə (30 yaşında) Tovuz istiqamətində əsgəri Dilqəmlə erməni postunu götürdüyünə görə komandanlıq tərəfindən briqada komandiri vəzifəsinə yüksəldilib. Həmin döyüşdə əsgəri Dilqəm şəhid olduğu üçün, hal-hazırda da həmin post Şəhid Dilqəmin adını daşıyır.
2020-ci il oktyabrın 3-də Ağdərə rayonu istiqamətində yerləşən Suqovuşanın işğaldan azad edilməsinə başçılıq etmişdir.
Hazırda Birinci Ordu Korpusunun komandiridir. NATO təlimlərində qarşıya qoyulan tapşırığı ingiliscə məruzə edən ilk Azərbaycanlı hərbçidir. NATO taborunun briqada komandiri olub. NATO-nun Türkiyədə, Hollandiyada, Almaniyada müxtəlif kurslarını keçib.
İngilis, rus, türk, fars, erməni dillərini mükəmməl bilir.
2014-cü il iyunun 26-da Silahlı Qüvvələrin yaranmasının 96-cı ilində Ali Baş Komandanın sərəncamı ilə general-mayor rütbəsi verilmişdir.
Generalımızla qürur duyuruq! Qələbə bizimdir !
Djb.az adından Sizi bir daha təbrik edirəm, ilk növbədə can sağlığı, işğal altında qalan torpaqlarımızın azadlığını və qələbə sevinci arzulayıram.

Almaz İlahə

Oxunub: 579
Oxşar xəbərlər
SON XƏBƏRLƏR