Ermənistan baş naziri Nikol Paşinyanın Xankəndiyə gəlməsi və oradakı hərbçilərlə görüşündən bəhs edən qısa video yayılıb.
KONKRET.az xəbər verir ki, video bütövlükdə Ermənistan baş nazirinin və orda başına topladığı 5 nəfərin “hərbi məsləhətləşmələr” aparmasına həsr olunub.
Amma bu dəfə “ağıllı” davranıblar: divarda asılan müdafiə və hücum planlarının görürməməsi üçün tədbirlər görüblər. Oysa ötən gün Qarabağ separatçı-terrorçularının lideri Arutyunyanın yaydığı videoda sözügedən əməliyyat planları açıq-aydın görünürdü. Doğrudur, o video yayılandan qısa müddət sonra silinmişdi. Ancaq artıq gec idi – sosial şəbəkə istifadəçiləri videonu götürə bilmişdilər.
Qayıdaq Paşinyanın bir neçə saniyəlik videosuna. O videodan kəsilib təqdim edilən fotolara diqqət edin: Paşinyanın üzündə nə görürsünüz? Qorxu, dəhşət, vahimə, stress…
Başqa nə hiss edirsinizsə, özünüz qeyd edin…kult.az
Oxunub: 316