dini radikalizm və ekstremizmlə mübarizə

27 ildən sonra doğma evinə qayıdan cəbrayıllı mayor - FOTO

27 ildən sonra doğma evinə qayıdan cəbrayıllı mayor - FOTO

Qarabağ cəbhəsinin Cəbrayıl rayonu istiqamətində uğurlu əks-hücum əməliyyatları gerçəkləşdirən rəşadətli Azərbaycan Ordusu irəliləməkdədir.

Cəbrayıl rayonunun iki gün öncə işğaldan azad edilmiş Horovlu kəndində çəkilmiş bir fotoşəkil oktyabrın 7-nə keçən gecə sosial şəbəkələrin trendinə çevrilib.

KONKRET.az-ın məlumatına görə, şəkildə Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl rayonundan olan mayoru Camal Qəmbərov əks olunub. O, 7 yaşında tərk etmək məcburiyyətində qaldığı doğma Horovlu kəndindəki həyətlərində şəkil çəkdirib.

Düz 27 ildən sonra yenə həmin həyət, həmin bağ… Camal Qəmbərovun hisslərini onun çöhrəsindən oxumaq olur, daha əlavə şərhə ehtiyac yoxdur.

Təbrik edirik cənab mayor, uğurlar Azərbaycan Ordusu!

Oxunub: 362
Oxşar xəbərlər
SON XƏBƏRLƏR