dini radikalizm və ekstremizmlə mübarizə

“Biz bir olduqca, Azərbaycana heç bir dövlət nəyisə diktə edə bilməyəcək”

“Biz bir olduqca, Azərbaycana heç bir dövlət nəyisə diktə edə bilməyəcək”


Ermənistanı yeni ərazi iddialarına həvəsləndirənlər, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələni arxa plana keçirib Azərbaycanın indiki durumla barışacağını düşünənlər və münaqişənin yenidən alovlanmasına şərait yaradanlar görünür bəzi rellıqları hesablamayıblar.

Hesablamayıblar ki,

– İndi 90-cı illərin əvvəllərində hələ tam formalaşmayan, dağınıq vəziyyətdə, ayrı-ayrı silahlı dəstələrdən ibarət olan silahlı qüvvələrin yerində, hazırda regionda ən güclü, bütün dünyada isə öz imkanlarına görə 50-ci yerdə qərarlaşan Azərbaycan Ordusu var;

– Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin başlandığı müstəqilliyin ilk illərindəki kimi siyasi xaos mövcud deyil;

– Ölkədə vahid komandanlıq, dəmir iradə, seçilən düzgün taktika mövcuddur;

– Beynəlxalq hüquq Azərbaycanın yanındadır və Azərbaycan dünyada güclənmiş ciddi siyasi mövqeyə malikdir;

– Bu gün Azərbaycan həm iqtisadi, həm də hərbi-psixoloji baxımdan üstün mövqedədir;

Və ən əsası görünür Azərbaycan cəmiyyətinin hər şeyi bir kənara buraxıb bu formada birlik nümayiş etdirə biləcəyi gözlənilmirmiş. Tariximizdə zamanı gələndə bir ola bilməməyimizlə bağlı kifayət qədər acı təcrübələr var və məhz daxili çəkişmələr itkilərimizin olmasında əsas faktor kimi çıxış edib.

Amma bu gün…

Azərbaycan heç vaxt bu şəkildə bir (lik) olmayıb. Prezident İlham Əliyev milli lider kimi haqq işimiz uğrunda xalqı bir nəfər kimi birləşdirib. Hakimiyyətin ən qatı əleyhdarları belə Dağlıq Qarabağ savaşında Ali Baş Komandanla bir yerdədir. Bütün umu-küsülər bir kənara atılıb. Azərbaycanda bu gün Dağlıq Qarabağ məsələsində siyasi qüvvələrin fikirləri zərrə qədər də olsun haçalanmır.

Şübhəsizdir ki, məhz bu birlik bizim daha böyük qələbələrə imza atacağımıza imkan verəcək. Biz bir olduqca, Azərbaycana heç bir dövlət Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nəyisə diktə edə bilməyəcək. Etmək istəsə belə, bu birliyin qarşısında heç nəyə nail olmaq mümkün deyil, ədalət gec-tez tam bərpa olunacaq.

Bu gün Ali Baş Komandanın illərdir, susadığmız qələbə xəbərlərini çatdırarkən havaya qaldırdığı yumruq təkcə qalib olmağın deyil, həm də birliyimizin rəmzidir! Bu yumruq nəhayət ki, Azərbaycan xalqının illərin acı təcrübəsindən nəticə cıxarıb tarixi, müqəddəs torpaqlarımız uğrunda birləşə bilməsinin əyani göztəricisidir!

Hazırda İlham Əliyev başladığımız haqq işimizi sona çatdırmaq, bu problemi tam çözmək əzmində olduğunu bütün sferalarda sübuta yetirməkdədir.

Prezident iki cəbhədə yorulmadan, böyük cəsarət və əzmlə mübarizə aparır. Onun Ali Baş Komandan olaraq birbaşa rəhbərliyi ilə cəbhədə düşmən işğal etdiyi torpaqlardan geri çəkilməkdədir.

İlham Əliyev bundan heç də asan olmayan diplomatik müstəvidə də əzmlə mübarizə aparır. O, bu çətin məqamda xarici tv-lərə ardıcıl müsahibələrində, ayrı-ayrı mötəbər platformalarda düşmənə qahmar çıxmaq istəyənlərə, ədaləti, beynəlxalq hüququ ayaq altına atanlara layiqli cavablar verir, cəbhədə yaşananlar fonunda əsl həqiqətləri dünyaya çatdırır. İlham Əliyev əsl Ali Baş Komandanın necə olmasını sözün bütün mənalarında isbat edir.

Ən vacib olan amil xalqın İlham Əliyevə olan inamı, dəstəyidir. Bütün xarici müdaxilələrə, qurulan planlara rəğmən İlham Əliyev həyata keçirdiyi siyasət nəticəsində öz imzasını tarixə yazdırmaqdadır. Xalq çözümünü gözləyən ən böyük problemimizin həllinin tək ünvanı kimi məhz ONU görür.

İlham Əliyevin qətiyyəti, milli birliyimiz daha böyük nəticələri yaxınlaşdırmaqdadır. Ulu öndər Heydər Əliyevin “Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək”- fikirlərində bir daha heç də yanılmadığını görməkdəyik. İlham Əliyev öz çiynini taleyüklü məsələnin ən sonuncu və vacibinin altına verib, Böyük Vətən Müharibəsinə başlayıb. Qələbə soraqları o böyük günün uzaqda olmadığını göstərir. Uca Tanrı çıxdığımız bu haqq yolda Azərbaycanladır! Zəfərin mübarək Ali Baş Komandan! Zəfərin mübarək Azərbaycan Ordusu!

Oxunub: 338
Oxşar xəbərlər
SON XƏBƏRLƏR