dini radikalizm və ekstremizmlə mübarizə

"Qəhrəman ordumuz Dağlıq Qarabağda addım-addım irələyir" - DEPUTAT

"Qəhrəman ordumuz Dağlıq Qarabağda addım-addım irələyir" - DEPUTAT

“Bu gün hər birimizin ürəyi cəbhədəki əsgərlərlə bir döyünür”.

Bunu KONKRET.az-a açıqlamasında deputat Nigar Arpadarai bildirib.

O söyləyib ki, bizim müharibəmiz iki istiqamətdə gedir:

“Hərb və informasiya. Qəhrəman ordumuz Dağlıq Qarabağda addım-addım irələyir. Cənab Prezidentimiz azad olunan ərazilərimiz barəsində məlumat verir. Digər müharibəmiz informasiya sahəsindədir. Ermənistan tərəfi illərdir ki, bu sahədə öz iyrənc təbliğatını aparıb”.

Deputat qeyd edib ki, Ermənistan öz yalanlarını illərdir beyinlərə yeritməkdədir:

“Ona görə də bu gün bizim aktiv olmağımız vacibdir. ABŞ Konqresinin Nümayəndələr Palatası 1165 saylı qətnaməni müzakirə edirlər. Hazırda imza toplama mərhələsindədir. O qətnamənin mətninə siz baxsanız görəcəksiniz ki, qərəzli, yoxlanılmamış faktlarla doludur. Əlbəttə, biz bununla bağlı ata biləcəyimiz bütün addımları atmalıyıq. Diplomatlarımız, QHT-lərimiz və hər bir azərbaycanlı bu qətnamənin qəbul edilməməsində fəal olmalıdır”.

Milli Məclisin üzvü vurğulayıb ki, bu gün hər birimiz vəkil olamalı və öz haqqımızı müdafiə etməliyik, çünki Azərbaycan hər zaman beynəlxalq hüquq normalarını əsas götürüb:

“Bu gün də atdığımız hər bir addım beynəlxalq hüquq çərçivəsindədir. Ermənistan humanitar hüquq normalarının prinsiplərini pozur. Azərbaycanın mülki əhalisini hədəf seçməsi müharibə cinayətidir. Bu baxımdan əminəm ki, bizim diplomatlar, həm də Xarici İşlər Nazirliyi erməni vəhşiliyinə dair faktları müəyyən beynəlxalq təşkilatlara təqdim edəcək”.

Oxunub: 366
Oxşar xəbərlər
SON XƏBƏRLƏR