dini radikalizm və ekstremizmlə mübarizə

AMEA-nın elmi işçisi Elnur Mustafayev BBC Arabic-ə müsahibə verdi


Djb.az xəbər verir ki, AMEA - Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, elmi işçi Elnur Mustafayev BBC Arabic-ə müsahibə vermişdir. O, müsahibəsində, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə şəhərinə etdiyi təxribat xarakterli hücumu haqqında məlumatları Ərəb dünyasına çatdırmışdır.
E. Mustafayev həmçinin Ermənistanın hərbi təxribatlara əl atmaqla münaqişənin sərhədlərini genişləndirilməsi ilə bağlı planlarından və digər məsələlərdən söhbət açmışdır.
Azərbaycanın 30 ilə yaxın danışıq masasında əyləşdiyini, buna rəğmən, Ermənistanın Azərbaycana qarşı yeni torpaq iddiaları, sülhün təmin edilməsi üçün danışıqlardan qaçması, son günlərdə sivil vətəndaşlara etdikləri hücum zamanı bir ailənin tam həlak olması, yüzlərlə insanların xəsarət alması və digər məsələr haqqında məlumat vermişdir.

Oxunub: 637
Oxşar xəbərlər
SON XƏBƏRLƏR