dini radikalizm və ekstremizmlə mübarizə

Ermənistanın Mingəçevir təkzibi: özünü rüsvay etdi

Ermənistanın Mingəçevir təkzibi: özünü rüsvay etdi

Ermənistan Müdafiə Nazirliyi Ermənistan ərazisindən Mingəçevirə zərbə endirilməsi haqda Azərbaycan MN-in məlumatını təkzib etməyə çalışmaqla, bir daha özünü rüsvay edib.

Djb.az axar.az-a istinadən xəbər verir ki, Ermənistan MN-nin nümayəndəsi açıqlamasında Azərbaycan Prezidenyinin köməkçisi Hikmət Hacıyevin Mincəçevirə düşən mərminin fotosunu paylaşdığını bildirərək, bunun “Smerç” raketi olduğunu bildirib. O deyib ki, Ermənistan sərhədindən Mingəçevirə qədər məsafə 108 km-dir və bu məsafəyə “Smerç” atəş açmaq imkanında deyil.

Bunu əsas gətirərək, Ermənistandan Mingəçevirə raket zərbəsi endirilməsini təkzib etməyə çalışıb.

Halbuki Prezidentin köməkçisi Hikmət Hacıyev Mingəçevirin “Toçka-U” taktiki raket kompleksi ilə vurulduğunu ötən gün paylaşdığı rəsmi tvitində elan etmişdi.

Digər tərəfdən, hətta “Smerç” raketinin maksimal atış məsafəsi də 120 km-dir və bu, onun xarakteristikasında göstərilir.

Beləliklə, ermənilərin özlərinin də dediyi kimi, atılan “Smerç” raketi olsa belə, bu raket Ermənistandan 108 km məsafədə yerləşən Mingəçeviri hədəfə almaq imkanındadır.

Oxunub: 333
Oxşar xəbərlər
SON XƏBƏRLƏR