dini radikalizm və ekstremizmlə mübarizə

Ermənistan terrorçu və muzdlulardan Azərbaycana qarşı geniş istifadə edir - XİN

Ermənistan terrorçu və muzdlulardan Azərbaycana qarşı geniş istifadə edir - XİN

Son hadisələr çərçivəsində Ermənistan tərəfindən xarici terrorçu qüvvələr və muzdlular geniş şəkildə Azərbaycana qarşı istifadə olunur.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

L.Abdullayeva bildirib ki, açıq mənbələrdə yer alan xəbərlərə görə, Yaxın Şərq bölgəsindən, xüsusən Suriya, Livan, daha sonra Rusiya, Gürcüstan, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən erməni əsilli şəxslərin işğal olunmuş ərazilərə gəlməsi və yaxud bu istiqamətdə yola düşməsi ilə bağlı açıq faktlar və məlumatlara rast gəlinir:

“Ermənistan siyasi rəhbərliyi Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasətini davam etdirmiş və bununla əlaqədar bir müddət öncə Livanda baş vermiş partlayışdan sonra bu ölkədəki erməni əsilli şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərində yerlşdirilməsi ilə bağlı nümayişkəranə şəkildə qeyri-qanuni faliyyətini davam etdirmişdir.

Daha sonra müdafiə haqqında qanuna dəyişiklik edərək könüllü silahlı qruplaşmaların yaradıldığını elan edən Ermənistan artıq bu bölgədən köçürdüyü insanların daha sonradan hərbi birləşmələrə inteqrasiya edilməsi və Azərbaycana qarşı aparılan döyüşlərdə istifadə olunması məqsədi güdür.

Son zamanlar biz Ermənistan hökumətinin diaspor təşkilatları vasitəsi ilə xaricdəki ermənilərin toplanması və Ermənistana yola düşməsi, həmçinin bu istiqamətdə maliyyələşdirmə, dəstək tədbirlərinin, ianələrin ayrılması ilə bağı böyük canfəşanlıqla fəaliyyət göstərdiyini açıq şəkildə müşahidə edirik”.

Oxunub: 374
Oxşar xəbərlər
SON XƏBƏRLƏR