dini radikalizm və ekstremizmlə mübarizə

“Azərbaycan ordusu çətin relyefdə hücum aparır, düşmənin 30 ildir qurduğu istehkamları yarır...”

“Azərbaycan ordusu çətin relyefdə hücum aparır, düşmənin 30 ildir qurduğu istehkamları yarır...”

“İşğal altında olan ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin əsas hərbi infrastrukturu, logistika sistemlərinə çox ciddi zərbələr vurulub".

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib ki, Azərbaycan Silahlı Qüvvələri çətin iqlim və istehkam şəraitində düşmənə qarşı əks-hücum əməliyyatı həyata keçirir.

H. Hacıyev əlavə edib ki, 30 il ərzində işğal olunmuş ərazilərdə dərin istehkam sistemləri qurub: “Bəzi yerlərdə bu istehkamların uzunluğu 8-10 metrə çatır. Relyef şəraiti də ağırdır, bildiyiniz kimi həmin yerlər, əsasən dağlıq ərazilərdir. Lakin bu çətinliklərə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri addım-addım irəliləyir. Əsgərlərimiz düşmənin atəş nöqtələrini susdura-susdura, bəzən də atəş altında irəli gedir. Ermənistanın uzun illər ərzində qurduğu istehkam sistemləri sıradan çıxarılır. Hazırda Murovda qar var, qış şəraitidir. O çətin iqlim şəraitində, 3300-3500 metr yüksəklikdə əsgərlərimiz torpaqlarımız uğrunda rəşadətlə döyüşür, torpaqlarımızı azad edir. Biz onlarla fəxr edirik”.

Oxunub: 501
Oxşar xəbərlər
SON XƏBƏRLƏR