dini radikalizm və ekstremizmlə mübarizə

Əhalinin 98 faizi Ali Baş Komandanın əks-hücum əməliyyatı barədə qərarını dəstəkləyib - SORĞU

Baxış Sayı:80

Əhalinin 98 faizi Ali Baş Komandanın əks-hücum əməliyyatı barədə qərarını dəstəkləyib - SORĞU

Bu gün Sosial Tədqiqatlar Mərkəzinin (STB) “İkinci Qarabağ Müharibəsi ictimai rəydə” sorğusunun nəticələrinin ilkin təhlilinə dair brifinq keçirilib.

APA-nın məlumatına görə, sorğuda iki fərqli dövrü -24 avqust - 10 sentyabr və 28 sentyabr -30 sentyabr tarixlərini əhatə edib.

STM İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, Azərbaycan Ordusu bəzi ərazilərimizi işğaldan azad edib. Ali Baş Komandanı, Azərbaycan xalqını bu münasibətlə təbrik edən Z. Oruc deyib ki, dünyanın hər yerində azərbaycanlılar torpaqlarımızın işğaldan azad edilməsi xəbərlərini gözləyir: “Əldə olunmuş nəticələr birinci mərhələdə 12 iyul Tovuz döyüşləri ərəfəsində Azərbaycan cəmiyyətinin potensial müharibə vəziyyəti ilə əlaqədar mövqeyi və gözləntilərini özündə əks etdirdiyi halda, ikinci mərhələ Ali baş Komandanın rəhbərliyi ilə həyata keçirilən İkinci Qarabağ Müharibəsinə cari vəziyyətdə ictimai münasibətin və həmrəylik səviyyəsinin öyrənilməsindən ibarət olub. Sorğuların nəticəsi göstərir ki, Azərbaycan xalqı Ali Baş Komandanı müdafiə edir. Birinci Qarabağ Müharibəsi bitib, ancaq savaş davam edir. Sorğu 2758 nəfəri əhatə edib. İnsanlardan ilk növbədə Azərbaycan xalqı və dövlətinin müharibəyə nə dərəcədə hazır olduğu soruşulub. İnsanlarımızın 94 faizindən çoxu hesab edir ki, xalqımız və dövlətimiz müharibəyə hazırdır. İkinci, xalqımızın Ordumuzun gücünü qiymətləndirməsi ilə bağlı olub. 98 faiz Ordunun gücünə inamının yüksək olduğunu bildirib. 93 faiz Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan mübarizənin uğurla başa çatacağını qeyd edib. İnsanlar bunun həm ordu quruculuğu, həm də geosiyasi mühiti düzgün qiymətləndirilməsi ilə əlaqələndiriblər. Aprel döyüşləri, Günnüt qələbəsi və Tovuz döyüşləri, həm də xarici hərbi əməkdaşlıq bu aspektdə qeyd olunub. 89,6 faiz Qarabağ və ətraf rayonların azad olunacağına inanır” .

Z. Oruc vurğulayıb ki, ötən 10 illər ərzində Azərbaycan düzgün siyasət aparıb: “70 faiz Prezident-Xalq birliyinin qazanılan uğurda əsas rol oynadığını bildirir. Sorğunun 27 sentyabra qədər olan dövründə insanlardan müharibənin başlayacağı təqdirdə təhlükəsizliklə bağlı sual ünvanlamışıq. 50 faizə qədər insan müharibə başlayacağı təqdirdə təhlükəsiz şəraitdə olacağımızı, 20 faiz isə müəyyən təhlükələrlə üzləşəcəyimizi bildirib. Bu da aydın idi. Ermənistan mülki obyektləri, yaşayış məntəqələrini atəşə tuta biləcəyi gözlənirdi. ATƏT Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə gəlincə, sorğuda iştirak edənlərin 81,8 faizi həmsədrlərin fəaliyyətinə mənfi münasibətini ortaya qoyub. Biz müharibəyə başlayacağı təqdirdə hansı dövlətlərin Azərbaycanı dəstək verəcəyini soruşmuşuq. 99,8 faiz insanımız Türkiyənin bizə kömək edəcəyini bildirir. 98 faiz Pakistan, 93 faiz Ukrayna, 87 İsrail, 71 faiz Gürcüstanın, 70 faizdən artıq isə Belarusun Azərbaycana mənəvi-siyasi dəstək verəcəyini bildirib. ATƏT-in Minsk Qrupunun həmsədrləri və İranla bağlı sorğuda iştirak edənlərin münasibətinə gəlincə, biz bunu açıqlamırıq, Prezidentə təqdim etmişik”.

STM İdarə Heyətinin sədri şəhid dəfnlərinə diqqət çəkib: “98 faiz Ali Baş Komandanın əks-hücum əməliyyatı barədə qərarını dəstəkləyib. Bu tədqiqatlar sübut edir ki, Azərbaycan Prezidentinin xalq arasında nüfuzu çox yüksəkdir. Bu, xalqın apardığı müharibədir, hansısa siyasi, ictimai mənşəyinə görə ayrılıq yoxdur. Nəhayət, xalq qələbəyə inanır. Bu tədqiqatın digər hissələrini başqa vaxt təqdim edəcəyik. Mən hesab edirəm ki, bu taleyüklü günlərdə dövlət başçısına göndərilən məktublarda ifadə olunan fikirlər bizim sosioloji sorğuda da təsdiqini tapır. Ermənistan Prezident, xalq və Ordu arasında münasibətlərin pozulmasını istəyib”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR