dini radikalizm və ekstremizmlə mübarizə

İlham Əliyev: "Balaxanı kəndinin yeni dövrü başlayır."

Baxış Sayı:161


Son illərdə Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin miqyası daha da genişlənib. Bu tədbirlərin tərkib hissəsi olaraq yeni parkların yaradılması, mövcud istirahət məkanlarının isə müasir səviyyədə yenidən qurulması geniş vüsət alıb. Bu işlər paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahətinin hərtərəfli təşkili baxımından böyük rol oynayır. Bütün bunlar, eyni zamanda, Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Bunu istər paytaxt sakinləri, istərsə də şəhərimizin qonaqları dəfələrlə vurğulayırlar. Əhaliyə xidmət göstərən bu kimi müasir layihələrin icrası son illərdə dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin real nəticəsidir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Turizm Agentliyi və "Bakı Abadlıq Xidməti" MMC-nin birgə əməkdaşlığı nəticəsində Balaxanının yeni turizm məkanına çevrilməsi istiqamətində mühüm işlər görülmüşdür. Tarixi-mədəni abidələrlə zəngin olan Balaxanıda, turizm yönümlü sahibkarlığın, xüsusilə sənətkarlıq üzrə xalçaçılıq, duluçuluq, milli geyimlərin hazırlanması, xidmət sektorunda kiçik iaşə obyektlərinin, hostellərin yaradılması, ticarət üzrə suvenir, keramik qablar, xalça, musiqi alətləri, şirniyyat satışı və s. sahələri təşviq etmək üçün imkanlar genişləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar.
 Bakının bu qədim qəsəbəsi artıq yeni turizm marşrutu kimi təsdiqlənib. Bu, qəsəbədə yeni sahibkarlıq subyektlərinin, xüsusilə sənətkarlıq, xidmət və ticarət istiqamətlərində biznesin qurulmasını təşviq edəcək. Son zamanlar çoxsaylı internet səhifələrində və sosial media platformalarında Balaxanı qəsəbəsi ilə bağlı yayılan fotolar İtaliyanın məşhur “Si Viaggia” səyahət portalının diqqətini cəlb edib. Portalda “Turistləri və bloggerləri heyran edən Azərbaycan qəsəbəsi” adlı yazı da dərc olunub. Sakinləri salamlayan Prezident İlham Əliyev qeyd edib: "Balaxanı kəndinin yeni dövrü başlayır. Mən bu münasibətlə sizi təbrik edirəm. Bilirsiniz ki, Balaxanıya mənim xüsusi diqqətim var. Hələ bir neçə il bundan əvvəl məşhur Balaxanı zibilxanasının təmizlənməsi, aradan qaldırılması artıq burada görülən ekoloji işlərə start verdi. Çünki bu, həm Balaxanı sakinlərinə böyük əziyyət verirdi, həm də əlbəttə ki, bütövlükdə Bakı şəhərinin sakinlərinə çox mənfi təsir edirdi. O zibilxanadan qalxan tüstülər faktiki olaraq havanı böyük dərəcədə çirkləndirirdi və insanların sağlamlığı üçün də bunun böyük ziyanı olmuşdur. Mən bu yaxınlarda həmin o layihə ilə bağlı televiziyalara müsahibəmdə öz sözlərimi dedim, təkrar etmək istəmirəm, vaxtilə zibilxana olmuş yer indi gözəl bir poliqona çevrilib və iş yerləri yaradılıb. Burada sənaye parkı, zibilyandırma zavodu fəaliyyət göstərir. Eyni zamanda, onun yanında yerləşən Böyükşor gölünün böyük hissəsi də artıq təmizlənib və gölün üzərindən yol da çəkilib. Ona görə indi gediş-gəliş üçün də yaxşı imkanlar yaradılıb."
Dövlət başçısı bu cür layihələrin digər qəsəbələrdə də icra olunacağını deyib. Bakı Abadlıq Xidmətinin peşəkar və məsuliyyətli menecerləri , tikinti mühəndisləri , yaşıllaşdırma və bağbanlar komandası xidmət göstərmək üçün öz bilik və təcrübələrindən, həmçinin qabaqcıl texnologiyalardan istifadə edirlər. Bakıda həmçinin tarixi binaların fasadlarının bərpası ilə bağlı çoxsaylı işlər görülür. Bütün bunlar, eyni zamanda, Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Bunu istər paytaxt sakinləri, istərsə də şəhərimizin qonaqları dəfələrlə vurğulayırlar.
Layihələri sabit keyfiyyətlə həyata keçirən “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Binnət Əli Qasımov qeyd edir ki: "Cənab Prezident, Bibiheybət sözsüz ki, miqyas nöqteyi-nəzərdən buradan balacadır. Qəsəbənin yarısından çox hissəsi artıq abadlaşdırılıb. Hazırda bir küçəmiz qalıb. Orada da kanalizasiya işləri görülüb, bütün elektrik xətləri yerin altına salınıb." Bütün bu görülən abadlıq-quruculuq işləri vətəndaşlarda olduqca xoş təəssüratlar və məmnunluq hissi yaradıb.



Eldar Əhmədov
AJB-yi Qızıl Qələm mükafatçısı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR