dini radikalizm və ekstremizmlə mübarizə

“Torpaqları azad etmək istəyən bir nömrəli adam İlham Əliyevdir, çünki o, bilir ki...”

Baxış Sayı:125

“Torpaqları azad etmək istəyən bir nömrəli adam İlham Əliyevdir, çünki o, bilir ki...”

“Hər halda sülh danışığıyla Qarabağ problemi həll olunası deyil, torpaqlar ancaq döyüş yoluyla alınacaq”

Bunu Moderator.az-a açıqlamasında şair Zakir Fəxri deyib. Şairin sözlərinə görə insanları qıcıqlandıran torpaqlarımızda düşmənin məskunlaşmasıdır:

“Dağlıq Qarabağ probleminin həlli məsələsində bizim bilmədiyimiz çox şeylər var. Elə ölkəni müharibəyə sürükləməklə olmur. Müharibə xırda məsələ deyil, hər şey ölçülüb-biçilməlidir, tarix var, məğlubiyyət və uduşun səbəbi var. Burda müəyyən dövlətlərin marağı var. Türkiyənin Aralıq dənizində başına gələnləri bilirsiniz, yəni bu da belə bir şeydir. Hər halda sülh danışığıyla Qarabağ problemi həll olunası deyil, torpaqlar ancaq döyüş yoluyla alınacaq. Amma bizi də, insanları qıcıqlandıran o məskunlaşmadır, söhbət bundan gedir”.

Z.Fəxri Xarici İşlər Nazirliyində bu istiqamətdə irəliləyişlər olduğunu bildirib:

“Hikmət Hacıyev beynəlxalq əlaqələr üzrə prezidentin köməkçisi təyin olunandan sonra diplomatik cəbhədə aktivlik başladı, çox sağ olsun. Mənə elə gəlir ki, bunu həmişə etmək lazımdır. İlk dəfəydi ki, məskunlaşma haqda ATƏT-in, dünya ictimaiyyətinin qarşısında məsələ qaldırdılar. Bunu əvvəllər etməmişdilər, yəni hücum və dirənmək dipolmatiyası var. Yəni müəyyən toplum var, onları toplamaq lazımdır və sonra müharibə də edəndə əlində əsas olur ki, düşmənə bu xəbərdarlıqlar olsa da, nəticə olmadı”.

Şair deyib ki, torpaqların azad olunmasını hamımızdan çox ölkə başçısı istəyir:

“Onsuz da bunun sonu müharibədir və nə zaman olacağını dövlət bilər. Yenə də mən öz sözümdəyəm ki, Azərbaycanda Qarabağı qaytarmaq istəyən bir nömrəli adam İlham Əliyevdir, çünki o, bilir ki, bu tarixi missiyadır. Yəni bundan böyük onun taleyində uduş ola bilməz. Bunu ölkə başçısı gözəl bilir. Mən də qarabağlıyam, bir sözlə, hamımız qarabağlıyıq. Görünür, ölkə başçısının da öz taktikası, məqsədi, prinsipləri var, yəni hər şey mərhələ-mərhələ olmalıdır. Son zamanlar isə ölkədə nələr ortaya çıxdığı hamıya məlumdur, maneələr çoxdur. Mənə elə gəlir hələ səbr, təmkin lazımdır. Qarabağ olmayandan sonra Azərbaycan dövlətinin varlığı mənim üçün mövcud olan bir şey deyil”.

Şair buna görə gənc nəsli yüksək əhval-ruhiyyədə böyütməyimizin əhəmiyyətinə də toxunub:

“Qarabağın adından siyasi divident qazanmaq yolverilməzdir. Müəyyən kükrəyən adamlar var, onlar da həqiqətən içdən yanır, tökülürlər. Amma bundan siyasi məqsəd üçün istifadə etmək olmaz. Bizim bilmədiyimiz pərdəarxası şeylər var, danışıqlarda iştirak etmirik, başqa dövlətlərin məqsədini bilmirik. Onu arzulayıram ki, Qarabağ söhbəti heç vaxt gündəmdən düşməsin. Arxamızdan gənclik gəlir və onları pessimist ruhda böyütmək olmaz. Yəni onlarda bir əhval-ruhiyyə yaratmaq lazımdır. Elə bir forma qurmaq lazımdır ki, ideoloji baxımdan bilinməlidir ki, bu vətəndir və əldən gedir. Maarifçilik çox vacib şərtdir. Soyuq başla düşünmək, yazmaq lazımdır. Bunlar bu gün mətbuatda dərc olunur, amma baxırsan ki, bir tərəf belə deyir, digər tərəf isə başqa cür. Bu da gəncliyi çaşdırır”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR