dini radikalizm və ekstremizmlə mübarizə

Dövlət qoruqlarını idarəetmə səlahiyyəti Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinə verilib

Dövlət qoruqlarını idarəetmə səlahiyyəti Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinə verilib

“Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 417 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, maddi və qeyri-maddi mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, qorunub saxlanmasının, inkişafının və onlardan məqsədyönlü istifadənin təmin edilməsi, qoruqların turizm potensialının artırılması məqsədilə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi” yaradılıb.

Mərkəzin Nizamnaməsi təsdiq edildiyindən Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarını idarəetmə səlahiyyəti həmin Mərkəzə verilib. Buna uyğun olaraq “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya Qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət Qoruğunun, “Atəşgah məbədi” Dövlət tarix-memarlıq Qoruğunun və “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət Qoruğunun əsasnamələrində müvafiq dəyişikliklər edilib.

Bu qərarların qəbul olunması ilə bağlı Mərkəz aşağıdakı səlahiyyətlər əldə edir:

- Qoruqların idarə edilməsi ilə bağlı müvafiq planlar hazırlayır;

- Qoruqlar tarix və mədəniyyət abidələrində konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihə təkliflərini Qoruqları İdarəetmə Mərkəzinə təqdim edir, təmirinin planlaşdırılması və təşkil edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir;

- Qoruqların inkişafı məqsədilə göstərilən mədəni və turizm xidmətlərindən, qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növlərindən, dövlət, ictimai və digər təşkilatlardan, müqavilə əsasında keçirilən tədbirlərdən əldə olunan gəlirlər ilə Qoruqları maliyyələşdirir və toplanılan gəlirdən Qoruqların inkişaf etdirilməsi məqsədilə Qoruqların ehtiyacları və inkişafı üçün səmərəli şəkildə istifadə edir.

Oxunub: 381
Oxşar xəbərlər
SON XƏBƏRLƏR