dini radikalizm və ekstremizmlə mübarizə

Bu dünyanın qurtaracağı var


“Bu dünyanın, yəni ömrün bir qurtaracağı var, insan5 nə vaxtsa ölür, sən də, mən də - hamımız bu dünyadan gedəcəyik...”. On-onbir yaşında olarkən ata babamın gözlərini yumduğu gün - bu amansız sözləri eşitdiyim gün indi də yadımdadır: ilk dəfə eşitdiyim bu sözlərin ağırlığı altında, ayağımı necə gəldi atıb, ağ qar dənəciklərinin yaratdığı sürüşkənliyi belə hiss etmədən yolu addımlaya-addımlaya, gözlərim yaşara-yaşara evə necə qayıtdığımı bəlkə də anbaan xatırlayıram: evə çatan kimi anama ilk sözüm bu oldu: “Ana, mən bir də gələcəyəmmi bu dünyaya?”. İndiki tələsməyim, vaxt qıtlığından gecə-gündüz uşaq kimi gileylənməyim, narahatçılığım da sanki o gündən başlayıb (adama elə gəlir ki, nəinki günlər, hətta aylar və illər də gödəlib). İndi də hərdən o gün gözümün qabağına gəlir və hər dəfə də elə bilirəm ki, mən mütləq bu dünyaya bir də qayıdacağam. Bilmirəm, necə, nə vaxt, bəlkə də yüz ildən, min ildən, milyon ildən sonra qayıdacağam, amma mütləq ayıdacağam... Beləcə, işıqlı bir ümidlə yaşayırsan və bu işıqlı ümidin səni sonsuzluğa qovuşduracağına inana-inana insanı sənin gözündən sala biləcək hər cür xırdalığın, cılızlığın, zəhlətökənliyin üstündən keçməyə özünü hazırlamalı olursan...


Daşdəmir ƏJDƏROĞLU
"Xatirələrə sığmayan ömür" kitabından, Bakı, 2020-ci il

Oxunub: 598
Oxşar xəbərlər
SON XƏBƏRLƏR