dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi Şəhid ailəsini karonavirus olaraq işə çıxmasına məcbur edib


İnsan həyatının sona çatması göz ilə qaş arasındadır deyirdilər, bir gün mən də ölümlə üzbə-üz dayanacağımı düşünməmişdim. Sən demə belə bir an hər kəs üçün var. Məhz buna görə elə yaşamaq lazımdır ki, ölüm yaxınlaşanda ancaq yaxşı əməllərini xatırlayasan. Geri baxarkən mən də bu vətən üçün, millətim üçün nə isə etmişəm deyə biləsən. Əlbətdə ona zamanımız olarsa. Bir ay yarım bundan öncə anam Cəfərova Şərafət Rauf qızı və mən Cəfərova Nərminə Şaban qızı karonavirus xəstəliyinə tutulduq. Mingəçevir şəhər Mərkəzi xəstəxananın baş həkimi Eldar Kərimovdan anamı Bakıya xəstəxanaya aparmağım üçün göndəriş vərəqəsinin verilməsini xahiş etdim.
Bildirdimki ki, şəhid ailəsi olduğumuz üçün müəyyən əlaqədar təşkilatlara müraciət etdik sağolsunlar səsimizə səs verdilər. Bakıdan təcili tibbi yardım maşını gəlir və xəstəxanailə də artıq danışıqlar aparmışıq.
Atamı 2 yaşım olanda itirmişəm. Atasız böyümüşəm, anam mənə həm ata olub, həm də ana onu itirməyi gözə ala bilməzdim. Anam ağır qan damar və yüksək deabetli şəkər xəstəsiliyindən əziyyət çəkir.
Rayon xəstəxanasında müalicə elətdirməyə çox qorxdum. Bəlkə də bu atasızlığın mənə vurduğu travma idi. Mincəçevir şəhər mərkəzi xəstəxanasının baş həkimi Eldar Kərimov mənə bildirdiki mən o göndəriş verə bilmərəm. Səbəbini soruşdum, dedi: ya Goranboya ya da Ağdaşa göndərə bilərəm.
Dedim anam ağır xəstədi o ölsə mənə cavab verə biləcəksiniz?
Dedi :- "Hə ananız ölərsə sizə cavab verəcəm . " Sonra anladı ki, bu kimi cavab düzgün deyildi təkrar fikrini dəyişərək dedi:- Sizə niyə cavab verirəm, lazım olan yerə cavabımı verəcəm.
Bir həkimdən belə bir cavab almaq məni çox sarsıltmışdı.
Çox insanlardan onun kobudluğu haqqında eşitmişdim. Eldar həkimin qaziyə , şəhid ailəsinə hörmət ermədiyi haqqda məndə məlumat var idi. Amma qarşılaşdığım durum deyilənlərin hamısının həqiqət olduğuna bir daha sübut idi.
Həm qəzəblənmişdim, həm də kövrəlmişdim özümdə qızdırmadan yanırdım amma çalışdığım anam üçün idi. O an düşünürdüm nə edim ki anam yaşasın. Bəlkə də mən o an aqresiv idim, o həkimdir xəstəyə və onun yaxınlarına anlayışla yanaşmanı bilməlidir. Pondemiyanın zərbəsi həkimlərimizə də dəydi. Öz peşəsinin sədaqətli həkimlərindən canlarını xəstəliyə yoluxaraq qurban verdilər.Amma təssüf hissi ilə qeyd edirəm ki, bu şərəfli peşəyə kölgə salan belə həkimlərdə var.
Mənim anam Şəhid yoldaşıdır, mən şəhid övladıyam dedim ,amma sanki bu insan bu sözləri eşitmirdi.
Hər zaman haqqı haykıran səsim necə deməsin ki bu dövlətin başçısı, onun xanımı şəhidlərə və qazilərə qoyduğu dəyəri hörməti sizə nümunə olmalıdır.
Ay həkimlər məmurlar, vəzifə səlahiyyəti olan şəxslər. Nə üçün şəhid ailəsinə biganə yanaşırsınız. Axı bu gün əyləşdiyiniz kresloya görə mənim atama və minlərlə şəhidlərə borclusunuz. Mən və minlərlə ata qayğısı görməyən şəhid övladlarına borclusunuz. Biz sizdən şəxsi malınızı istəmirik, dövlətin yaratdığı şəraitdən yaralanmaq istəyirik. Sizlər isə yalnız özünüzə xidmət edirsini.
Karonavirus pondemiyası zamanı biz çox həkimlərimizi itirdik hər kəsi eyni görmək olmaz. Amma Eldar kimi həkimlər bizim səhiyyəmizə yalnız utanc gətirir. Və onun səhlənkarlığından hələ biz çox itgilər verəcəyik. Nəhayət biz Goranboy rayon xəstəxanasında 11 gün qaldıqdan sonra evdə müalicəyə davam etdik bütün müalicələrimizi öz hesabımıza elətdirdik. müalicə bitdikdən sonra anamı yenidən kate və rentgen elətdirdim ağ ciyərlərində buzlu camın hələdə davam etdiyi bəlli oldu. Kate və rentgen sənədlərini sahə həkiminə təqdim edərək blütenin uzanmasını tələb etdim. Təkrar anama yenidən müalicə başladı. Eldar Kərimov anamın blüteninin artırılmasına icazə verməyərək koronaviruslu xəstənin işə çıxmasını tələb etdi. Onuda qeyd edim ki, anam təcili tibbi yardımda çalışır və korpnavirusada iş başında yoluxub.

PS. Mən valideynimin birini bu dövlətə, Eldar Kərimov kimi qansız ermənipərəstlərə qurban vermişəm ikincisini qurban vermək fikrim yoxdu. Anam təcili yardımda xəstə olarkən işləməsi koronovirus olduğu halda iş yoldaşlarını müraciət edən xəstələri yoluxdurur. Buna isə məcburdur. Çünkü Eldar Kərimov xəstələrin azalmasını deyil çoxalmasını istəyir. Bu belə deyilsə nə üçün xəstənin işdə olmasını tələb edir?
Cənab prezident karonavirus pandemiyasının qarşısının alınması üçün milyonların ayrılmasını, sərt qarantin rejiminin təmin olunması, insanların sağlamlığını qorumaq üçün imzaladığı sərəncamları heçə sayan baş həkimlə inanıram ki, Səhiyyə nazirliyi və Təbib maraqlanacaqdır. Əks halda sizlər mənim səsimə səs verməsənizdə, şəhid övladına qayğısını əsirgəməyən prezidentim mənim səsimi eşidəcəyinə əminəm.
Onuda qeyd edim ki, atam Şaban Cəfərov Mingəçevir şəhərinin ilk şəhididir.

Djb.az
Nərminə Cəfərova

Oxunub: 1 186
Oxşar xəbərlər
SON XƏBƏRLƏR