dini radikalizm və ekstremizmlə mübarizə

MƏRHƏMƏTİ İLƏ SEVİLƏN MEHRİBAN XANIM BİZ HƏMİŞƏ SİZİNLƏYİK


Son iki həftədir ki, sosial mediada xarici dövlətlərdə yaşayan blogerlər müxtəlif səbəbləri fakt gətirərək I Vitseprezident Mehriban Əliyevanın həyatda olmadığını söyləyirlər.
İzlədiyim videoların baxış sayı çox böyük rəqəmləri göstərir. Maraqlısı odur ki, hər kəs izləyir amma bu haqqsızlığa göz yumuraq susurlar.
Məhz bu səbəbdən ilk addımı atmaq deyəsən mənim üzərimə düşdü və sosial mediada öz fikirlərimi yazmalı oldum.
İlk öncə sinəsi orden medallı, dövlət tərəfindən hər bir qayğıyla əhatə olunan və müxtəlif tutullar, fəxri adlar alan media nümayəndələrinin bu haqqsığa susmaları məni çox narahat etdi. Bəlkə də məmurların və iş adamlarının bu haqqsızlığa reaksiya verməməklərini anlaya bilərdim, amma həmkarlarımın susmasına göz yuma bilmədim. Axı onlara cavab sizlər verməlisiniz, prezidentimiz bizə, sizə güvənir. Məncə artıq bu susqunluğumuz ilə güvənini sarsıltmış olduq. O, hər zaman doğru sözü, düzgün xəbəri bizdən istəyir. Xaricdən müxtəlif qrantlar alan, dövlətimizi sevməyən müəyyən qurumlar tərəfindən maliyələşən bloğerlərə sizlər cavab verməli olduğunuz halda, hər kəs kimi siz də susdunuz.
Hər zaman Azərbaycanlı olduğumla fəxr etmişəm amma son aylar xarici dövlətlərdə yaşayaraq öz vətənini çirkaba batıran o insanlara da azərbaycanlıdır deyilməsini qəbul edə bilmirəm. Mən o insanları ev dağıdan, söz gəzdirən "qadınlara" bənzədirəm.
Deyəcəksiniz ki, bu nə bənzətmədir?
İlk öncə hər bir ailə kiçik dövlətdir, dövlətin sarsılmaz olması üçün onun sirri qorunmalıdır. Qızlarımız ailə həyatı quranda analar qızlarına evinin sirrini başqasına söyləməməyi tövsiyyə edər. Bəzən də elə bir gəlin olar ki, evindəki kiçik bir narazılığa o qədər bəzək- düzək verərək senariləşdirib gündəmə gətirər ki, türkiyənin hansısa ünlü serialı onun yanında yalan olar. Və atdığı düşünülməmiş addımı ilə bütün ailəni rüsvay edər.
Mən bu bloğerləri də məhz öz evinin kiçik sözünü gözəl tərtibatlı senari ilə bir rejisor ustalığıilə dünyaya bəyan edən qadınlara bənzədirəm. Onların yaydığı müxtəlif şaiyələrə baxmayaraq
müraciətimi Mehriban xanım Əliyevaya ünvanlayıram.
- Hörmətli Mehriban xanım Sizi çox sevən sadə insanlar danışılan mövzulara görə çox narahatdırlar. Amma heç kim cürət edib nə isə yazmır. Bəlkə də düzgün anlaşılmamaqdan qorxurlar. Amma istəyirəm biləsiniz ki, Siz xalqınız tərəfindən sevilirsiniz.
Mən isə narahat olanlara üzümü tutub demək istəyirəm. Mehriban xanım güclü qadındır və nə olursa olsun hər bir çətinliyə sinə gərərək xalqının yanında olacaqdır.
O, yaşayır , inşəllah yaşayacaq və onu sevənlərin ümidlərin doğruldacaqdır. İstəməyən şər qüvvələr isə onun varlığını həmişəki kimi daşıya bilməyəcəklər.
Dəyərli Mehriban xanım mən sizi Azərbaycanın I xanımı olduğunuz üçün deyil , məhz mərhəmətli insan olduğunuz üçün sevirəm. Heydər Əliyev Fonduna şəhidlərlə,
aztəminatlı ailələrlə, xəstə uşaqlarla bağlı ünvanladığım məktubların 90 % - nə müsbət cavab alaraq hər səfərində sizin insanlığınızın vurğunu olurdum. Siz xalqımıza, millətimizə dəyər verdiyiniz şəhid ailələrinə, qəlbi bala dağlı analara lazımsınız.
Mən hər zaman yazılarımda qeyd edirəm" Dünyanı gözəllik deyi, dünyanı mərhəmət xilas edəcəkdir."
Mən inanıram ki mehriban, qayğıkeş, mərhəmətli olmağınız Azərbaycan xalqını da bəlalardan xilas edəcəkdir.
Tezliklə Sizi sevərək gözləyən Azərbaycan xanımları adından

Almaz İlahə

Oxunub: 602
Oxşar xəbərlər
SON XƏBƏRLƏR