dini radikalizm və ekstremizmlə mübarizə

55 YAŞIN MÜBARƏK

Baxış Sayı:237


07.08.1965-07.08.2020.
Vətənimizin ləyaqətli oğlu, Hərbi jurnalist,"Xocalı Soyqırımını Tanıtma "ictimai birliyinin sədri, Müharibə Veteranı Şamil Sabir oğlu Ələkbərlinin 55 yaşı tamam olur.Şamil Sabiroğlu Azərbaycanımızın ən ağır günlərində gəncliyini fəda edərək ön xəttə yollanır. Qarabağı qarış-qarış gəzən Şamil müəllim Xocalı şəhərinə də baş çəkir.Tanrı Şamil müəllimin nəyinki bu gününü gələcəyinidə Xocalıya bağlayır. Ailə həyatını Xocalı qızlarından İmarət xanım ilə bağlayır. Bu gün Qarabağ, Xocalı olmasa da onun tanınmasında Şamil Sabiroğlu əzmlə, vicdanla çalışır.Dəyərli insan,mənə ailəmizə doğma olan qardaşım sizi ad gününüz münadibəti ilə təbrik edir, yorulmaz fəaliyyətinizdə uğur diləyirəm.Arzu edirəm ki,həsrətində olduğunuz Qarabağ və 28 illik kirayə həyatınız sona yetsin.Haqqınız olan ev nəsibiniz olsun.Siz dövlət başçımız İlham Əliyev tərəfindən iki dəfə mükafatlandırılmısınız.
İnşallah bu dəfə də daha gözəl mükafata layiq görülərsiz.Uğur hər zaman sizinlə olsun xalqımızın ləyaqətli oğlu Şamil Sabiroğlu.

PS. Biz də Djb.az ailəsi olaraq Ayna Allahyarqızının təbrikinə qoşuluruq. Samil Sabiroğluna can sağlığı, işlərinəd uğurlar diləyirik.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR