dini radikalizm və ekstremizmlə mübarizə

52 YAŞ SƏNSİZ


Dünən bərk külək əsirdi. Düşündüm elə yolun kənarındakı çiçəkçidən gülləri alıb, bir başa qəbristanlığa gedim. Küləkdən çiçəklər pərişan olmuşdu.
Oğlum, qəşəng gülləriniz varmı? deyə sordum.
Bax bibi, bu güllər hamısı qəşəngdir dedi. Və təbii ki, güllərini satıb, əldə qazanc etməyə çalışırdı.
Uşaqlar çox çaba verdilər gülləri bəyəndirə bilsinlər. Yox, gözəl oğlum, bunlar yaramır dedim. Əgər varındırsa mənə məzarsız şəhidimin ziyarətinə laiq güllər ver, yoxundursa zamanını almayım. İçəri keçib, bir dibçək gətirdi. Bibi, bu gül çox gözəl çiçək açır. Al bunu. Tamam dedim. Gəl qərənfillər də ver. Gülləri alıb, maşına oturmuşdum ki, uşaqlardan biri əlində pul, bizə tərəf qaçdı. Buyur oğlum, ödənişi düzgün etmədimmi? Deyə sordum.
Yox bibi, ödənişi düzgün etmisiniz, sadəcə bu pulu geri götürün. Mən bu günə qədər şəhid məzarına getməmişəm. Qərənfillərdən bir neçəsi məndən olsun, mənim adımdan şəhidimizin məzarına qoy bu gülləri. Bir az mübahisə etdik. Olmaz dedim, körpə canınızla bu küləyin qabağında əziyyət çəkirsiniz. Güllərinin çoxunu da külək döymüş, qıymaram sizə. Həm də sizdən pulsuz gül götürməyim mənə yaraşmaz. (əlbətdə maddi imkana görə də mənə ayıb olardı) Uşaqlar istidə, küləkdə elə qaralmışdılar ki, lap ürəyim parçalandı. Üstəlik də onlardan güllərdən pulsuz götürsəm heç rahatlığım olmazdı. Uşaq pula baxdı, gözlərimin içinə baxdı, doluxsulandı və
Bibi, nə olar bu pulu götür, elə bil ki, mən də sizinlə ziyarətə gedirəm. Beş AZN i maşının pəncərəsindən içəri uzatdı...
Axı niyə o söz çıxdı mənim dilimdən?!
Eh, ağıllı oğlum, eh....
Bilmirəm şəhərin hər yerində yağış yağrdı, yoxsa mənəmi yağırdı yağış?! Yol boyu gözlərimin və göylərin yağışı yağdı sinəmə...

Doğum günün mübarək mənim MƏZARSIZ QARDAŞIM. Ata anamızın məzarına düzdüyüm al qanın kimi qırmızı qərənfillər sənin hədiyyən idi...

Oxunub: 476
Oxşar xəbərlər
SON XƏBƏRLƏR