dini radikalizm və ekstremizmlə mübarizə

Həlak olmuş Polkovnik Leytenant Telman Miriyevin xanımına qarşı həkim hörmətsizliyi


Düşünürdüm ki, bayramdan sonra bu məsələni ictimailəşdirərəm Amma bizə nə bayram. Bayram Azərbaycanın səfalı yerlərində hektarlarla torpağı və dəniz zonasında ərazini hasarlayanlarındır. Həlak olmuş hərbçimiz polkovnik leytenant Telman Miriyevin həyat yoldaşı Aida Miriyevanın şikayəti var. Aida xanım ağır əməliyyat keçirib. Eplepsiya xəstəsidir. Qanunla ona qruppa təyin olunmalıdır. Lakin Abşeron rayon Mərkəzi poliklinikasının həkimi Şahismayıl Fətullayev iki ildir süründürməçiliyə salıb. İctimai birliyin rəhbəri kimi ona dəfələrlə zəng etsəm də görünür nömrəni tanımadığından telefon zənginə cavan vermədi. Məcbur oldum telefonun votsap bölümünə səsli mesaj göndərdim. Xahiş etdim ki, həlak olmuş hərbçimizin ailəsinə qayğı ilə yanaşsın.Ölkənin hər iki rəhbərinin həssas qruplara yanaşması məlumdur. Deməli biz də vəzifəmizdən asılı olaraq onlara qarşı çox diqqətli olmalıyıq. Bu sözlərim Şahismayıl deyilən adamın xoşuna gəlməyib. Adam Aida xanıma deyib ki, sənə heç bir kömək etməyəcəyəm. Mərkəzdə sənədləri qəbul etmirlər. Get hara istəyirsən şikayət et!
Niyə həssas qruplar süründürməçiliyə məruz qalmalıdılar? Pandemiyanı heç kim bəhanə gətirməsin. Bəlkə proses 6 ay da çəkdi.İnsanlar nə etməlidir? Ölkəni tormuzlamaq olmaz!
Bir də görünür Şahismayıl deyilən həkimi ərköyün edənlər var. Unudurlar ki, cənab Prezident hər çıxışında bizə ictimai nəzarəti gücləndirməyi tövsiyyə edir. Belə eybəcərliklərin qarşısı isə ictimai qınaqla alınır! Hər bir vətənpərvərdən xahiş edirəm bu məsələni ictimailəşdirin!
Müstəqil jurnalist, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanər Əsgərqızı

Oxunub: 1 536
Oxşar xəbərlər
SON XƏBƏRLƏR