» » Prezident İlham Əliyev Şəkidə səfərdə olub

Prezident İlham Əliyev Şəkidə səfərdə olub

  • 31-07-2020, 08:48
  • Gundem
  • 125
Prezident İlham Əliyev Şəkidə səfərdə olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Şəkidə səfərdə olub.



APA xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.



Qeyd edək ki, Prezident İlham Əliyevin Şəkiyə çoxsaylı səfərləri rayonun inkişafında əsaslı rol oynayıb. Nəticədə 2003-cü ilə nisbətdə 2019-cu ildə məhsul buraxılışı 4,8 dəfə, sənaye 9,1 dəfə, kənd təsərrüfatı 2,3 dəfə, əsas kapitala yönəldilmiş vəsait 74,7 dəfə artıb. 2003-cü ildən indiyədək rayonda 24 758 yeni iş yeri açılıb, cari ildə qeyri-məşğul əhali üçün ödənişli əsaslarla 640, pandemiya ilə əlaqədar əlavə 477 ictimai iş yeri yaradılıb.
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Ağustos 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31