dini radikalizm və ekstremizmlə mübarizə

Ölməz general


Azərbaycanın cəsur türk sərkərdəsi olan mərhum Polad paşamıza ithafən yazıram

Sən demə, əsil qəhrəmanlar belə olarmış...... Şəhadət zirvəsinə ucaldıqdan sonra arxalarından özlərinə dastanlar qoşular, nəğmələr və bayatılar deyilərmiş. Elə bir silinməz iz buraxardılar ki, xalqı bu əzəmətli izi hər dəfə görərkən, bir daxili məmnunluq hissi keçirər, fərəhlənər və başını uca tutardı. Mərhum kontr-general, gözümüzün nuru, Azərbaycan yurdunun ilk və son generalı olan Polad İsrail oğlu Həşimov da məhz belə adsız igidlərdən idi. O, ordunun önündə getməyi layiqincə bacaran, əsgər ilə komutan kimi deyil də, qəlbi nəvaziş ilə dolu bir ata kimi, dost kimi davranan; ailəcanlı, övladlarını dərin bir məhəbbət ilə sevən zati-aliləri idi. Görəsən, onun haqqında hansı möhtəşəm sözü yaza bilərəm ki, həqiqətən də, ona layiq olsun və haqqını ödəyə bilim?! Mən bunu layiqincə bacara bilməyəcəyimdən qorxuram. Ümid edirəm ki, paşamın ruhu məni əfv edər. Təbii ki, o, ən gözəl sözlərə layiq olan çox böyük bir şəxsiyyət idi. Polad paşam adını həm insanlıq tarixinə və həm də ki, hərb tarixinə yazdırdı. Bu şərəfli, əziz ad mürəkkəb suyu ilə yox, müqəddəs bir qan ilə yazıldı. O qan ki, daima vətən sevgisi ilə cuşa gəlir, neçə kilometr uzaqda dayanan kafir düşmənin bağrını yarır, ürəyini yerindən çıxardırdı; o qan ki, elə əzəldən təmiz və mübarək idi; o qan ki, elə bir müqəddəs insanın pak bədənində dövran edirdi ki, sahibi olan o insan biz Azərbaycan türkləri üçün bir nümunə, örnək idi. Hörmətli, əzizimiz Polad paşa biz azərbaycanlıların həm komutanı, həm paşası, həm atası və həm də ki, gözlərinin işığı idi. O dəyərli türk zabiti dünyadan köçən gün xalq öz dayağını, əsgər öz komutanını, oğul öz atasını, kimlər öz vəfalı dostunu, bəziləri də öz yavərini itirdi. O, ölməz bir adam idi. Bəli, şəhidlər ölməzdir! İndi də onun yeri görsənməkdədir. Polad paşanın həyatdan getməsi ilə qəlbimizə bir qəm-qüssə çökdü, ürəyimiz param-parça oldu, mənəvi iztirab hissi keçirdik. Mən bir namuslu türk vətəndaşı kimi Polad paşamın müqəddəs, ali ruhu qarşısında baş əyir, ona Uca Allahdan rəhmət, xeyir diləyirəm! Heç şəkk-şübhəsiz ki, paşamızın son dayanacaq yeri Cənnəti-şərifdir. Buna tam əminəm, sidqi-ürəkdən arxayınam. Cənnət yeddi mərtəbədən ibarətdir, ən üstün mərtəbə isə nə xoş ki, məhz şəhidlər üçün qərar verilmişdir. Paşamız indi cənnətdə peyğəmbərlərin, möminlərin, əməli-salehlərin, mələklərin, Allah dostlarının, şəhidlərin əhatəsindədir; o, indi cənnətdə Allahın onun üçün ayırdığı pak ruzini yeyir. Allahımın sonsuz mərhəməti Polad paşamın üzərində olsun, amin! Allahın izni ilə, kontr-generalımızın qatilləri mütləq cəzalanacaq və paşamızın o mübarək qanının qisası tezliklə alınacaqdır! Bunu ya Allah özü alacaqdır, ya da ki, almağı bizlərə nəsib etmək ilə paşamızın uca ruhunu şad edəcəkdir! Polad paşamızın qatillərini Allaha tapşırırıq! Polad paşamızın o pak qanına bulaşan murdar əllərin sahiblərini Allaha tapşırırıq! Onun ölümünə baiskarlıq edənləri Allaha tapşırırıq! Azərbaycan xalqını, xüsusilə onun əsilzadə ailəsini gözüyaşlı qoyanları Allaha tapşırırıq! Allahsız, kitabsız, yurdsuz, xain erməniləri Allaha tapşırırıq! Kafir ermənilərin havadarlarını, dostlarını Allaha tapşırırıq! Heç şəkk-şübhəsiz ki, Uca Allah-Təala(c.c) düzgün ədalət ilə hökm verən, ən ədalətli hakim və məzlumun qisasını zalımdan artıqlaması ilə alandır! Generalımın hörmətli ailəsinə, yaxınlarına, dostlarına, əsgərlərinə, bir sözlə, bütün Azərbaycan xalqına dərin baş sağlığı verir və hər kəsə Allahdan sonsuz səbr diləyirəm! Əziz Polad paşam, Allah sizə rəhmət etsin, ruhunuz şad olsun! Əgər haqqınızı özünüzə layiq bir şəkildə ödəyə bilmədimsə, məni bağışlayın! Sevgilərlə və sayğılarla yad edirəm!

Ərtoğrul Aypar

Oxunub: 734
Oxşar xəbərlər
SON XƏBƏRLƏR