dini radikalizm və ekstremizmlə mübarizə

Məkkəyə həcc ziyarətinə gedənlərin sayı açıqlandı - Möminlər Kəbəyə toxuna bilməyəcək

Məkkəyə həcc ziyarətinə gedənlərin sayı açıqlandı - Möminlər Kəbəyə toxuna bilməyəcək

İyulun 29-da Məkkədə İslamın müqəddəs məkanlarına həcc ziyarəti başlanıb. İlk dəfə Kəbəyə yalnız on min adam – Səudiyyə Ərəbistanının sakinləri və krallıqdakı xarici vətəndaşlar gələ biləcəklər.

KONKRET.az xəbər verir ki, Səudiyyə Ərəbistanı əvvəlcədən hazırkı həccin COVID-19 pandemiyası ilə əlaqədar narahatlıqlara görə “çox məhdud” olacağını açıqlamışdı. İllik beş günlük mərasimlərdə yalnız öz sakinlərinə və krallıqda olan xarici zəvvarlara icazə verilib.

Möminlər Kəbəyə toxuna bilməyəcəklər, lakin həccin onlayn yayımı bütün dünyada göstəriləcək.

Bu il həcc ziyarətini on min adam həyata keçirir, onlardan üç mini krallığın vətəndaşları, yeddi min nəfər isə krallıq ərazisində olmuş xaricilərdir: tələbələr, işgüzar səfərdə olanlar. Hamısı koronavirus testindən keçib, həccdən əvvəl və sonra iki həftəlik karantinə uyğun qəbzlər alıb.

Zəvvarların 30 faizinin koronavirusa yoluxan həkimlər və polis əməkdaşları olduğu da bildirilir. Beləliklə, Səudiyyə hakimiyyəti COVID-19 ilə mübarizədə ön cəbhədə olanlara təşəkkür edib.

Johns Hopkins Universitetinin məlumatına görə, Səudiyyə Ərəbistanında 270 mindən çox koronavirus infeksiyası var. Onlardan 2700 nəfər ölüb.

Oxunub: 478
Oxşar xəbərlər
SON XƏBƏRLƏR