dini radikalizm və ekstremizmlə mübarizə

ƏSGƏRLƏRİMİZLƏ GÖRÜŞÜMÜZDƏM UNUDULMAZ XATİRƏLƏR


Bir neçə gün bundan öncə Tovuzda hərbi hissədə olduq. Gəldiyim gündən öz təsüratlarımı sosial mediada dostlarımla bölüşmək istədim amma olmadı. Qürur hissinin çox olmasına baxmayaraq, əlimə qələm götürmək istərkən Şəhidlərimizi xatırlayırdım. Kövrək duyğularla qürur hissi məni özümdən almışdı. Axır ki, keçirdiyim hissləri və gördüklərimi həm dostlarımla həm də Djb.az saytını oxucuları ilə bölüşmək qərarını verdim.
İlk öncə onu qeyd edim ki, Şəhid övladı üçün cəbhə bölgəsində erməni dığaları ilə üz-üzə dayanmaq çox ağır və çətindir. Orda çox hisslər keçirtdim, gözümün önünə çox şeylər gəldi bir neçə dəqiqəlik kənara təkliyə çəkildim daxilimdə olan qisas hissinin orda daha çox artdığını gördüm və əmin oldum ki, Atamın və onun simasinda bütün Şəhidlərimizin qanı yerdə qalmayacaq, çünki bizim kimi gənclərin ürəyində düşmənə nifrət alovu varkən onlar qalib olmayacaqlar. Ən başlıcası çox güclü ordumuz, mərd oğullarımız var.
Cəbhə bölgəsində bir neçə hərbi hissədə oldum. Komandirlərlə, əsgərlərlə həmsöhbət olduqda həm qürur hissi keçirirdim, həm də fərəhlənirdim. Əsgərlərdən müsahibə alarkən hər biri eyni ifadəylə sözə başladılar:-
Ali Baş Komandanın irəli əmrini gözləyirik.
Xalqımızın bizə dəstək olması qürurlandırır. Xalqımıza, millətimizə
minnətdarıq dedikdə, onların sözlərini yarıda qoyaraq üzür istədim və öz fikrimi bildirərək dedim: -Biz Sizə minnətdarıq ki, sayənizdə aydın səma altında yaşayırıq. Axşam rahat yatırıq. Normal həyat tərzi keçirdirik, bunu Sizlərə borcluyuq deyib hər birinə ayrı-ayrılıqda təşəkkürümü bildirdim. Əsgərlərimiz hər an döyüşə hazırıq yetərki əmr gəlsin Qarabağ bizimdir, biz bu Vətənin övladlarıyıq canımız, qanımız bahasına da olsa torpaqlarımızı düşməndən azad edəcəyik dedilər. Eşq olsun Azərbaycan əsgərinə.
Daha sonra söhbətimi komandirlərlə davam etdim. İlk sualım əsgərlərimizin baxımı ilə oldu. Komandir məni əsgərlərimizin təmin olduqları hərşeylə tanış etdi. Dövlətimizin diqqət və qayğısını gözlərimlə gördüm, hərbi hissədə yeni avadanlıqlar artıq öz sözünü deyirdi. Əsgərlərimizin rahat yataqları kazarmaları təmiz səliqəli idi. Əsgərlərin necə qidalanması ilə maraqlandım.Yeməkxanaya daxil olub gündəlik hansı yeməklər bişirilir onlarla tanış oldum. Qeyd edim ki, hərbi hissədə yemək bişirmək üçün olan ərzaqlar hər gün yenilənir əsgərlərimizin sağlam qidalanması üçün dövlətimiz hər şəraiti yaradıb.
Cəbhə bölgəsində olmaqlarına baxmayaraq daimi isti və soyuq su ilə təmin olunublar.
Daha sonra verdiyimiz ağır itgilərimizdən, baş tacımız olan Şəhidlərimizdən söhbət açdıq. Onların göstərdiyi şücaətdən söz açdıqca fəxr etməmək mümkün deyildi, üzüldüyümüz qədər də qürurlandıq.
Daha sonra bizim igidlərimizin erməni dığalarını nece böyük hünərlə məhv etdiklərini söylədikdə üzümdəki təbəssümü gizlədə bilmədim bir daha ordumuzla, əsgərlərimizlə qürur duydum.
Ali Baş Komandana əsgərlərimizə göstərdiyi xüsusi diqqət və qayğıya görə dərin təşəkkür və minnətdarlığımı bildirir və inanıramki tez bir zamanda Cənab Prezidentimiz -Vur komandir deyərək irəli emrini verəcəkdir. O gün tezliklə olacaq. Mən buna əminəm. Azərbaycanın çox güclü ordusu və mərd oğulları var. O oğullar ki, bir neçə saat ərzində düşməni məhv edib, torpaqlarımızı azad etmək gücünə malikdirlər.
YAŞASIN AZƏRBAYCAN ƏSGƏRİ
P.S. Əsgərlərimizin ziyarətinə getmək üçün bizə dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm . Ruzunuz bol, canınız sağlam olsun.

Djb.az Nərminə Şabanqızı



Oxunub: 992
Oxşar xəbərlər
SON XƏBƏRLƏR