dini radikalizm və ekstremizmlə mübarizə

VƏTƏN SEVDALILARI TOVUZDA


VƏTƏN SEVDALILARI TOVUZDA

Bir ömürlük yol keçir insan, kimi özü üçün yaşayır, kimisə vətən üçün. Kimi qazandığını tək yeyir, kimisə son tikəsini belə ehtiyacı olanlarla bölüşməyi bacarır.
Vətənimiz çox ağır sınaqlardan keçir 30 ildir erməni qəsbkarları ilə mübarizə və son aylar dünyanı bürüyən koronavirus pondemoyası olan bəla bizdən də yan keçmədi. Hər bir gələn fəlakət bizi daha da doğmalaşdırdı, da da mehribanlaşdırdı. Çətinliklərə bigə əl-ələ verərək sinə gərməyi öyrəndik. Bu illər ərzində Vətən sevdalısı olan insanları az tanımadım. Harda yaşamasından asılı olmayaraq vətən sevgisi qəlblərində, ruhlarında onlarla bir oludu.
Belə Vətənpətvərlərdən bir qrup 25.07.2020 -ci il tarixində ehtiyatda olan zabitlərdən və Azərbaycanın hüdudlarından kənarda yaşayan vətən sevdalılarının maddi dəstəyi ilə Tovuz rayonunda "N" saylı hərbi hissədə xidmət edən əsgərlərin görüşünə getdilər.
Son günlərdə erməni təcavüzkarlarının atəşkəsi pozması nəticəsində baş verən atışmada şəadətə qovuşan şəhidlərimizin acısı vətənpərvərləri əsgərlərə ruh yüksəkliyi bəxş etmək üçün yola çıxmalarına qərar verdirdi.
Ehtiyatda olan zabit Azər Nəsirovun dediklərindən.
Ürəyində Vətən sevgisi olan hər kəs bizimlə birgədir. MDB-nin şəhərlərində yaşayan vətənpərvər qardaşlarımız həm maddi, həm mənəvi bizlərlədir.
Əlləri çatmasada əsgərlərimiz üçün sovqatların aparılması üçün maddi dəstəklərini əsirgəmirlər.
Bu dəfə də öz ərmağanlarını Tovuzda xidmət edən əsgərlərimizə göndərdilər.
P.S. Əsgərlərimiz üçün dəstəyini əsirgəməyən soydaşlarımızdan
Vətən sevdalıları Beybutov Quvat, Ukranyada yaşayan Qaybalıyev Zaur, Moskva şəhərindən Abdiyev Elnur, xidməti ilə nümunə olan ehtiyatda olan zabitlərimiz Azər Nəsirov, Elşən Umbatov, jurnalistlər Djb.az-ın baş.redaktorunun müavini Nərminə Şabanqızı, Nurlan Cəfərli, vətənpərvər Bəhruz Nəsirova həm öz adımdan və Djb.az kollektivi adından təşəkkürümüzü bildirirəm.

Almaz İlahə

Oxunub: 704
Oxşar xəbərlər
SON XƏBƏRLƏR