dini radikalizm və ekstremizmlə mübarizə

Ehtiyatda olan zabit Azər Nəsirovun Tovuzda əsgərimizlə söhbəti


Tovuzda olanda əsgərlə dialoqu olduğu kimi yazıram.
Tovuzda N-saylı hərbi hissədə olan zaman xidmətdə olan əsgərin yanından keçəndə salam verdim kehf-əhfali ilə maraqlandım.Yaxsi olduğunu bildirdi uzaqlaşan zaman arxadan məni səslədi. Dialoqu olduğu kimi yazıram.
- Əmi bir söz soruşa bilərəm?
- Buyur qaqam nə istəyirsən soruş sənə canım qurban.
- Əmi sizdə zabitsiz?
-Bəli zabit olmuşam, indisə başqa sahədəyəm.
- Bakıda yaşayırsız?
-Bəli bəs sən?
- Məndə Bakıda qalıram Buzovnada.
- Nə lazımdırsa çəkinmə əsgər qardaşım söylə əlimdən gələni eləməyə hazıram.
- Hər şey var sağolsun dövlətimiz və Tovuz camahati evlərindən yemək, şirniyyat siqaret gətirirdilər. Bakidanda gəlirdilər bilirik qarantindi, çətindi gəlib getmək amma, sağolsunlar çətin vaxtda bizi tək qoymadılar. Sözünu qurtaran kimi təəcüblü halda keçdi bir başa suala. Əmi şəhərdə bizim haqqımızda nə fikirləşdi camahat?
Əsgəri qucaqlayıb bağrıma basdım üzündən öpüm dedim:- Sizlər bizim qəhrəman qardaşlarimizsiz, hammi sizin haqqınızda belə dqşünür. Biz bilirdik sizlər burda düşmənin anasını agladacaqsiz, sizə güvənirdik və güvənimizdə sarsılmadı. Səhərə qədər hammi dua edirdi Azərbaycan ayaq usdə idi.
Əsgər sevincək söhbətimi kəsdi əmi Vallah onların nəfəsini kəsmişdik, imkan vermirdik nəfəs almağa onlar bir güllə atanda, 5-ni biz artırdıq adama ləzzət edirdi. Sonra dərindən nəfəs alaraq dedi:- Kaş ki, döyüş əmri verəydilər, hücuma keçərdik onlara göstərək necə güclü ordumuz var.
Əsgərə fərəhlə baxsraq soruşdum, -əminin balası atışma olanda qorxmurduz ki ?
O, sevinərək qürurla dedi: -ay əmi onlar kimdi axı onlardan qorxaq. Biz qorxaq adam görəndə ona deyirik erməni kimi qorxaq olma kişi ol.
Bakıya qayıtdıqda orda deyin ki, narahat olmasınlar biz buradayıq düşmənin dizini yerə atmışıq, onlar birdə biz tərəfə baxa bilməzlər. Əsgərimizdən bu sözləri eşidəndə ürəyim qürurla döyündü, amma onuda etiraf edim ki, kövrəldim özümü ələ almağa çalışdım, 19 yaşlı bir Azərbaycan övladının içində olan Vətən sevgisi, qisas hissini gördüm əmin oldum ki, Şəhidlərimizin, Qazilərimizin qisas tez bir zamanda düşməndən alınacaq.
Allaha əmanət olun mənim igid qardaşlarım sağlıq olsun tez bir zamanda yenə sizlərlə görüşə gələcəyik. Sizləri böyüdən valideyinlərin qarşısında baş əyirəm, əllərindən öpürəm.
Allaha əmanət olun Azərbaycan əsgəri.
P.S. 25.07.2020 -ci il tarixində bir qrup Vətənpərvərlər ehtiyatda olan Zabitlərdən Azər Nəsirov, Umbatov Elşən, Araşdırmaçı jurnalist Nurlan Cəfəri, Djb.az xəbərlər və informasiya saytının baş redaktorunun müavini Nərminə Cəfərova Tovuzda "N" saylı hərbi hissədə xidmət edən əsgərlərlə görüşdə oldular.

Oxunub: 693
Oxşar xəbərlər
SON XƏBƏRLƏR