dini radikalizm və ekstremizmlə mübarizə

Bu gün isə Sizin gününüzdür


Əziz media nümayəndələri, ilin hər günü siz bizlərdən yazır, bizlərə diqqət göstərirsiniz. Bu gün isə Sizin gününüzdür! Diqqət mərkəzində də Sizsiniz, bütün xoş sözlərə layiq də Sizlərsiniz!
"Əkinçi"dən başlayan mətbuat ənənəmizi layiqli şəkildə davam etdirən, sözü ilə, qələmi ilə Vətənimiz, millətimiz uğrunda çalışan hər bir media nümayəndəsini ürəkdən təbrik edirəm! Xüsusi təşəkkürlərimi isə Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin,Avrasiya Kombat Ciu-Citsu Federasiyasının yanında olan, uğurlarımızı işıqlandıran jurnalistlərimizə çatdırmaq istəyirəm. Hər zaman yanımızda olduğunuza görə, Ciu-Citsu döyüş sənətinin təbliğində göstərdiyiniz dəstəyə görə minnətdaram!

Milli Mətbuatımızın 145-ci ilində də qələminiz iti, sözünüz kəsərli olsun!

Aqil Acalov
Beynəlxalq Avrasiya Kombat Ciu-Citsu Federasiyası və
Azərbaycan Brazilya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti

Oxunub: 468
Oxşar xəbərlər
SON XƏBƏRLƏR