dini radikalizm və ekstremizmlə mübarizə

Samin Tağıyev Djb.az-ın döyünən ürəyidir


Həyat çox qəribədir bəzən bir insanla qan qohumluğun olmaz amma illərlə qan qohumluğun olan doğmandan daha çox güvənərsən. Bir insana güvənmək üçünsə bərkdən-boşdan, ağrıdan-açıdan, enişli-yoxuşlu yoldan keçərsən. Sonda ya güvənərsən ya da bu insanla nə dost nə yoldaş nə qardaş olduğunu bilərsən.
Saminlə tanışlığımız artıq 5 ildir. İlk tanışlığımız bizimlə əməkdaşlığı Nur şəhərindən Mingəçevirdən məqalələrlə başladı, 6 ay mütəmadi Djb. Az üçün yeni isti xəbərlər göndərdi. Sonra bir gün saytımızı ona əmanət etdik . Çətin günlərimiz çox oldu. Saytımız təzə fəaliyyətə başlamışdı çatışmamazlıqlar çox idi. Amma Samin nə olursa olsun saytımızın çalışması üçün yorulmadan əzmlə çalışdı.
O gündən onu övladlarımın sırasına aldım.
O, mənə ana, mən ona oğlum deyərək müraciət etdim. Vaxtsız anasın itirən Saminimə ana ola bilmərəm, Anasının dadın da verə bilmərəm, amma ana kimi hər zaman yanında olmağa hazıram.
Bu gün sizə söz açacağım Samin Tağıyev
hər bir kəsi öz sürprizləri ilə yaşadan bir insandır. Operator kimi əvəzsiz profesional işçidir. Amma o bizdə nə operatordur, nə müxbirdir o djb.az ın yaşamasının səbəbkarıdır. Aylarla türkiyədə olduğum sürəcə bir dəfə olsun işimizə səhlənkar yanaşmadı. Nə gecə bildi, nə gündüz. İstənilən saatda onunla əlaqə yaradıb yeni xəbərin yerləşdirmək tapşırığın verərkən hər zaman bir cümlə dedi: Başüstə ana bu dəqiqə.
Belə bir iş yoldaşım, belə bir arxam, sağ qolum və oğlum üçün əlamətdar bir gündür.
Əzizim qayğıkeş oğlum bu gün Sənin üçün əlamətdar bir gün...35 illik yubileyindir.
Sosial media da belə hər birimizin hörmət və ehtiram etdiyi gözəl insan, DJB.Az saytının bölgələr üzrə xüsusi müxbiri kimi tanınsada hər bir məlumatları qərəzsiz və operativ olaraq dərc edən amma djb.az ın yaşama səbəbkarı olan Samin Tagiyev...
Sənə arzularım çoxdur, İlk növbədə maraqlı və mənalı ömür, ən gözəl nemət olan möhkəm can sağlığı arzu edirəm... Xoşbəxtlik başının tacı, kədər ayağının tozu olsun oğlum.
Tanrım Səni övladlarının xoşbəxtlikləri ilə sevindirsin.
Allah - Təala gözəl qəlbindən mərhəmət hissini əskik etməsin. Sənə, şəxsi həyatında ailə xoşbəxtliyi, işlərində daha böyük uğurlar arzu etmək diləyi ilə "Doğum günün mübarək olsun oğlum!" Nə yaxşı ki varsan, nə yaxşı ki tanımışam, nə yaxşı ki, varımsan.
Səni çox sevən anan.

Oxunub: 492
Oxşar xəbərlər
SON XƏBƏRLƏR