dini radikalizm və ekstremizmlə mübarizə

Solovyovdan ermənilərə şillə: “Uazik” nədi? - Video

Solovyovdan ermənilərə şillə: “Uazik” nədi? - Video

Rusiyanın məşhur teleaparıcısı Vladimir Solovyov “Vladimir Solovyovla axşam” verilişinin növbəti buraxılışı zamanı iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində, Tovuz istiqamətində yaranmış gərginlik barədə fikirlərini bildirib.

Аxar.az xəbər verir ki, verlişdə Ermənistanın Moskvadakı səfiri Vardan Toqanyan və azərbaycanlı jurnalist Nicat Hacıyev Solovyovun onlayn qonağı olublar.

Verilişin ən maraqlı məqamı Solovyovun Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının guya UAZ avtomobilində Ermənistan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərdiyinə dair Ermənistanın təbliğatlna cavabı olub:

“Biz ciddi insanlarıq! Hansı UAZ-dan söhbət gedə bilər? Azərbaycan Ordusu yüksək səviyyədə təchiz olunub, onların ən yeni döyüş texnikaları var. Hərbi texnikaya, döyüşçülərin hazırlanmasına, ön zərbə xəttinə böyük pullar yatırılıb. Nə “Uazik”? Nə hücum? Əgər Azərbaycan Ordusu sərhədi yarmağa cəhd göstərirdisə, onda niyə “Uazik”lə? Bu heç vaxt ola bilməz! Belə bir şey mümkün deyil. “Uazik”lə hücüma keçirlər?

Vaxtilə Qarabağda, bir neçə il bundan əvvəl (Aprel müharibəsi nəzərdə tutulur - red.) toqquşma olub, orada heç bir “Uazik” olmayıb. Hücuma döyüş texnikası gedərdi, kəşfiyyat qrupları gedərdi. Azərbaycanın Türkiyədə təlim almış güclü xüsusi təyinatlıları var. Yəni Azərbaycanın buna gücü, bacarığı var. Onlar döyüş əməliyyatlarını necə aparmağı çox gəzəl bilirlər. Sərhədi qırmaq üçün, hücum etmək üçün “Uazik”lə getməyi təsəvvür etmək mümkün deyil”, - deyə Solovyov bildirib.

Maraqlıdır ki, bütün bu fikirlərlə Ermənistanın Rusiyadakı səfiri Toqanyan da razılaşıb.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi təxribatın Azərbaycan tərəfindən törədildiyini “sübut etmək” üçün UAZ markalı avtomobilin fotolarını yaymış və bildirmişdi ki, Azərbaycanın iki zabiti və iki əsgəri bununla hücuma keçib.

Oxunub: 434
Oxşar xəbərlər
SON XƏBƏRLƏR