dini radikalizm və ekstremizmlə mübarizə

Polad Həşimov böyük şəxsiyyət idi


Bir əsgər yoldaşımız ata olmuşdu. Bu hadisə Polad Həşimova tabor komandirimiz tərəfindən məruzə edilmişdi. Əsgər yoldaşım məzuniyyət haqqından istifadə etmişdi. Həm də yeni gəlmişdi məzuniyyətdən. Xəbər komandirə çatanda tapşırıq verdi ki, əsgəri yanıma gətirin.

Dialoqu olduğu kimi yazıram:

- Komandirlərin səndən razılıq edir, əsgər yoldaşlarının da hörmətini qazanmısan. Qüsursuz xidmətə görə növbədən kənar 10 günlük məzuniyyət verilir sənə.

Kövrələn əsgər yoldaşımız deyir:

-Cənab polkovnik, axı mən yeni gəlmişəm məzuniyyətdən.

-Bilirəm, evinə bir də get ki, özün də yenilənib gələsən. (gülümsəyir) Əsgər, pulun varmı?
-Bəli, cənab polkovnik.
-Göstər.
(Əsgərin cibindən 80 manat çıxır)
-Düzün de, əsgər yoldaşların kömək edib hə?
-Bəli, cənab polkovnik.
-Sənin yolun çox uzaqdır. O pulu qaytar əsgər yoldaşlarına. Get hazırlaş, sabahı gözlə.

Səhər əsgəri komandirin otağına gətirirlər:

-Pulu qaytardınmı?
-Bəli, cənab komandir.
-Gedə bilərsən, aşağıda səni gözləyən maşın var.
-Taksi əsgəri düz evinə aparır. Sürücü əsgərə konvert verir:

-Komandir tapşırdı ki, ancaq evdə açsın.

Evdə zərf açılır, kağızda yazılıb:
"Təbrik edirəm, əsgər, ata olmusan."

Və konvertin içində 170 manat vardı.

Belə böyük şəxsiyyət idi Polad Həşimov.

Nicat Həşimzadə

Oxunub: 484
Oxşar xəbərlər
SON XƏBƏRLƏR