dini radikalizm və ekstremizmlə mübarizə

Əziz gənclər, əziz həmvətənlər, əziz dostlar, əziz Azərbaycan xalqı


Diqqət , Diqqət
Əziz gənclər, əziz həmvətənlər, əziz dostlar, əziz Azərbaycan xalqı
Bu günlərdə çox soyuqqanlı, təmkinli və güclü olmalıyıq, heç bir təxribata uymamalıyıq! Unutmamalıyıq ki, döyüşdə güclü, düşmən təxribatına, hiyləsinə, qalib gəlmək üçün, müdrik olmaq ən böyük şərtdir. Biz Sizinlə birgə bu yola vicdan, şərəf və ləyaqətlə çıxmışıqsa, bu torpaq üçün, bu vətən üçün, canımızı, qanımızı verməyə, həmişə hazırıq! Buna heçkimin şübhəsi ola bilməz! Ən azından Kəlbəcərdə erməni dığalarının tankları ilə üzbəüz qəhrəmancasına söhbət edən, kənddə gizlənmiş ailəni satmayan və çəkilişdən sonra işğalçılar tərəfindən namərdcəsinə öldürülən Səadət nənəmin( )qanını mən heç vaxt yerdə qoymayacam! Həmən vaxt tanka mindirilən 13 yaşlı bibim oğlu girovluqda qalaraq,
Ulu Öndərimizin hakimiyyəti dövründə, Qırmızı Aypara Cəmiyyəti tərəfindən geri qaytarılıb və hal hazırda isə Nabranda öz ailəsi ilə firavan həyat sürür...
Sevimli xalqım, çox hörmətli Ali baş komandanımız, "Xalqın xidmətçisi", möhtərəm Ölkə başçımızın əmri olmadan öz başımıza işlər çevirməyək, #mudafienazirliyi nin yaydığı məlumatlarla paylaşımlar edək! Unutmayın: #COVID19 pandemiya dövründə #xusisikarantinrejimi tədbiq olunduğu bir vaxtda, online informasiya müharibəsi gedir, bu müharibəni udmaq üçün dezinformarsiya yox, düzgün mənbələrə, yerli dövlət saytlarına güvənib və xalqımıza ləkə gətirə biləcək paylaşımları şikayət edib bloklamalıyıq!
Dəyərli dostlar! Hal hazırda erməni təxribatı ilə başladılan cəbhədəki döyüşlərdə, səngərdə ki əsgərlərimiz heç bir paylaşım etmədən, layiqincə düşməni yerinə otuzdurub, cavabını verirlər! Ali baş komandanın bir əmri kifayət edər ki, #AzərbaycanOrdusu #azərbaycankönüllüləri Qarabağımızı, işğalçı, vandal, terrorçuların caynağından xilas etsin.
Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var!
Bütün dünya bizim iqtisadi gücümüzu və öz gücümüzə ayaqda dura biləcəyimizi çox gözəl bilir. İnanın bu cəhətdən də, ölkəmizə qarşı hər gün gizli təxribatlar, qarayaxmalar və başladılan məkrli kampaniyalar davam etdirilməkdədir. Öz çalışdığınız müəssisələrdə rəhbərlərinizin və ərazi yerli təşkilatlarının xəbəri olmadan heç bir təbliğata uymayın. Unutmayın: Biz Azərbaycan bayrağına, onun tərəqqisi və dövlət siyasətinə xidmət edirik. Hər birimizin maraqları, amalı əlbətdə bütöv Azərbaycanı təmin etməkdir. Bunun üçün ölkəmizin Memarı olan, Əbədi yaşar Ümummilli Liderimizin layiqli davamçısı, Cənab İlham Əliyevin ətrafında səfərbər olaq, çünki məhz ölkə başçımız gecə gündüz, yorulmadan "Odlar yurdu" Azərbaycanımızın suverenliyi, bütövlüyü, şərəfi və gələcəyi üçün xidmət edib,edir,edəcəkdə.
Allah şəhidlərimizə rəhmət eləsin, onlar Allah dərgahında ruzilənirlər, Şəhidlər ölməz, Vətən bölünməz! Allah xalqımızı, əsgərlərimizi qorusun!
Dünyanı cənginə alan Koronavirus pandemiyası bizdən yan ötsün. Gücümüzu birgə səfərbər edək!#BizBirlikdəGüclüyük

Mingəçevir Heydər Əliyev Mərkəzi

Mingəçevir Şəhər İcra Hakimiyyəti

Mingəçevir Gənclər Və İdman

Emil Xanlarov.

Oxunub: 1 083
Oxşar xəbərlər
SON XƏBƏRLƏR