dini radikalizm və ekstremizmlə mübarizə

HƏDƏF VƏ MƏQSƏD QARABAĞ AZADLIĞIDIR TƏXTİBATDAN UZAQ DURUN


Nümayişçilərin parlamentə daxil olmaları çox yalnış addımdır! Təxribata imkan vermək olmaz!
Bəzi qüvvəllər bu durumdan yararlanacaq. Erməni qanı daşıyanlar ölkədə vəziyyətin stabil olmaması üçün çalışırlar. Təxribata uymayın. Milli Məclisə soxulanlar sabah bizim sizin, evlərimizə hücum çəkəcəklər.
Polisin maşınını aşıranlar malımızı talan edəcəklər buna inanın.
Dünən həmkarlarıma, sayt və portal rəhbərlərinə müraciət edərək çox diqqətli olmalarını xahiş etdim. Acınacaqlısı da odur ki, Meydan TV, AZAD SÖZ, HamamTimes kimi xəbər səhifələri Mehman Hüseynov kimi insanlar bunu edənləri "xalq" "etirazçı" kimi qələmə verir. Sağlam informasiya xətrinə belə səhifələri , insanları blok edin, izləməyin.
Təxribat xarakterli məlumat yayan kanallar, xəbər portalları haqqda hüquq mühafisə orqanlarına müraciət etməklə yanaşı sosial media hesablarında durdurmaq üçün blok edin. Real həyatda qarşıdurma yaratmaq üçün təbliğat aparan insanlar haqda polisə məlumat verin. Hədəf və məqsəd Qarabağın azadlığıdır. İmkan verməyin ki, müqəddəs dəyərimiz olan Qarabağ problemini siyasi alətlərinə çevirsinlər.

Djb.az Almaz İlahə

Oxunub: 478
Oxşar xəbərlər
SON XƏBƏRLƏR