dini radikalizm və ekstremizmlə mübarizə

YENƏ DƏ MÖVZU POLİSLƏR OLDU


Bəzi qüvvələr təxribat törətməy üçün xalqın həssas vəziyyətindən istifadə etməyə qalxır. Buna yol vermək olmaz. Hər birimiz birlik olaraq qüvvələrimizi birləşdirməliyik. Sosial şəbəkədə təxribat xarakterli yazılar yazan hər kəsi şikayət edərək profillərini bağlatdırın. Qarabaği istəyən Qarabağın azadlığı üçün çalışanlar dövlətin, xalqın çətin günündə əlehinə çıxış etməz. Nə də öz işini görən polisini günahlandırmaz. Sizlərlə birlikdə bütün gecəni meydanda dayanmazlar. Yenədə mövzu Azərbaycan polisidir. Mən paylaşılan videoları çox diqqətlə izləmişəm. Polislər hamısı sizlərlə birgə orda olsalar da nə sizlərə təziq edirdilər nə də ki əl qaldırırdılar. Təxribat törətməyə can atanlar isə cinayətkarlardır. Maşınları çevirənlərə qarşı isə polis nə etməliydi başına sığal çəkər siz ağıllı uşaqlarsınızmı deməliydi?! Demək ki, kimlərəsə bizlərin birliyi mane olur. Polis xalqın bir nümayəndəsidir. Və vəzifə borcunu xidmətini həyata keçirir. Öz başınalıq edənləri həbs etməlidilər. Allahu Əkbər deyib özlərini Cənnət əhli hesab edən bəzi texribacilar var sizlərə isə ar olsun.
Siz Qarabağ şüarı ilə Ölkədə çevrilis yaratmaga gəlmisdinizsə yanılırsınız. Allah dünən şəhidlərinə dəyər verənlərin Allahu Əkbər kəlməsinə cavab verdi.
Allah tezliklə qara ləkəni xalqımızın dövlətimizin adı üzərindən silməyə bizə kömək etsin.
Djb.az
Almaz İlahə

Oxunub: 497
Oxşar xəbərlər
SON XƏBƏRLƏR