dini radikalizm və ekstremizmlə mübarizə

GENERALIMIZ ŞƏHİD EDİLİRSƏ HEÇ NƏYƏ BAXMADAN DÖYÜŞ ƏMRİ VERİLMƏLİDİR


Bunun adı Müharibədir! Əgər düşmən GENERALIMIZI şəhid edirsə, heç nəyə baxmadan döyüş əmri verilməlidir. Cənab Prezident, cavan qardaşım və yaxın qohumlarımdan 13 nəfər şəhidim olmasına baxmayaraq, sağ qalan bütün qohumlarım və bir oğlumla bərabər özüm də başda olmaqla, başlayacağınız bu müqəddəs savaşda vuruşub şəhid olmağa hazıram! Bunu məndən şəhid qardaşımın qızı, ata-anamın, məcburi köçkünlərimizin narahat ruhları və qisas hissi ilə alışıb-yanan qəlbim tələb edir. Bu ağır xəbərləri oxuduqca, eşitdikcə, şəhidlərimizin ruhuna və uca Yaradana and olsun, içim yanır. Erməni bizə böyük şans verdi: müharibəyə başlamaq şansı! İnanın, kimlərin hansı qara fikili olmasına rəğmən, 7-dən 77-yə qədər bütün xalq bu savaşda Sizin arxanızda olacaq, Ordumuzun ön cərgəsində şir kimi vuruşacaq! Artıq normal yaşamaq mümkün deyil, murdar düşmənin atmacalı bəyanatları, ironiyası bütün xalqın ürəyini və beynini didib-parçalayır. Hər Şəhidlər Xiyabanını ziyarət etdikcə, geri qayıdanda Mahirin və ətrafında doğma qardaş kimi qucaqlaşıb əbədi yuxuya gedən silahdaşlarının, gordaşlarının nigaran və yalvarıcı baxışları uzaqlaşanadək arxamca qılınc kimi ürəyimi deşib keçir. Bunun təsiriylə bir dəfə bədahətən beynimə bu misralar həkk olundu:

Sizin qanınızı almayanadək
Səsimiz Allaha yetməz, ay Mahir!
Torpağı işğalda olan millətin
Zabiti bu qədər yatmaz, ay Mahir!..

Hörmətli cənab Prezident, Sizin qətiyyətinizə və düşmənə niifrətinizə bələd olan şəxs kimi, Sizin əmrinizi gözləyirəm. Milləti erməni kimi şərəfsizlərin töhmətindən qurtarın. Sizi əmin edirəm ki, Qələbə bizim olacaq! Çünki bizim işimiz haqq işidir! Torpaqlarımızı işğaldan azad etməkdə Allah Sizə, Ordumuza və xalqımıza yar olsun!

Əlövsət Ağalarov

Oxunub: 571
Oxşar xəbərlər
SON XƏBƏRLƏR