» » “Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər” - Ali Baş Komandan

“Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər” - Ali Baş Komandan

“Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər” - Ali Baş Komandan

“Dünən günorta saatlarında Ermənistan Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib. Birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir”.

KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olub:

“Dünən günorta saatlarında onların növbəti təxribatı nəticəsində bir neçə hərbçimiz həlak olub. Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.

Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər”.
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Ağustos 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31